Elman Rüstəmov açıqladı: “1 milyard dollar xərcləmişik ”
Bizi izləyin

Digər

Elman Rüstəmov açıqladı: “1 milyard dollar xərcləmişik ”

Bivalyuta səbətində avronun payı 20-30%, inflyasiya ilə bağlı oriyentir isə 5-7% təşkil edəcək.

“2015-ci il ən çətin illərdən biridir. Bu ildə əsas məqsəd iqtisadiyyatın diversifikasiyası, yeni inkişaf modelinə keçmək və xammaldan asılılığın azaldılmasıdır".

Bunu Mərkəzi Bank sədri Elman Rüstəmon "Financial Times” qəzetinə müsahibəsində bildirib. AMB rəhbəri məzənnə siyasətində valyuta səbəti dəyərinin hədəflənməsindən də söz açıb. Deyib ki, səbətdə avronun payı 20-30%, inflyasiya ilə bağlı oriyentir isə 5-7% təşkil edəcək.

E. Rüstəmov onu da qeyd edib ki, cari ilin əvvəlindən Mərkəzi Bank manatın məzənnəsinin saxlanması məqsədilə 1 mlrd. dollar həcmində vəsait xərcləyib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm