Bir ayda xaricilər ölkəyə 423,3 milyon manat investisiya qoyublar
Bizi izləyin

Digər

Bir ayda xaricilər ölkəyə 423,3 milyon manat investisiya qoyublar

Ötən ay 2015-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 682,7 milyon manat vəsait yönəldilib.

Publika.az xəbər verir ki, onun 73,6 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,9 faiz, tikinti-quraşdırma işlərinə sərf edilən vəsaitin həcmi 16,8 faiz artıb. Məhsul istehsalı obyektlərinin inşasına 585,6 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 97,1 milyon manat vəsait yönəldilib. Ümumi sərmayənin 35,1 faizi dövlət, 64,9 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 38,0 faizini təşkil edib. Onun 79,1 faizi dövlət bölməsinin payına düşüb. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 486,7 milyon manat, bank kreditləri 43,3 milyon manat, büdcə vəsaitləri 130,6 milyon manat, büdcədənkənar fondların vəsaitləri 19,8 milyon manat,

2015-ci ilin yanvar ayında xarici mənbələrdən əsas kapitala 423,3 milyon manat vəsait yönəldilib.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsaitin 368,5 milyon manatı (87,0 faizi) Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa, İran və Rusiya sərmayədarlarına məxsus olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm