• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Təqaüdçülərə ŞAD XƏBƏR var

  • Digər
  • 18 Fevral 2015 18:56
  • 3 190 Baxış
Təqaüdçülərə ŞAD XƏBƏR var

Azərbaycanda təqaüdçüllər pensiyalarını başqa bankların bankomatlarından götürə biləcəklər.

Publika.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə bildirib.

O qeyd edib ki, pensiyalar götürülən zaman bankomatların qarşısında növbələr müşahidə olunur: “Bu hal pensiyaların maliyyələşdirilməsində problem kimi qiymətləndirilməməlidir. Bu, vətəndaşların maliyyələşmə günündə, yəni bir gündə bankomatdan öz vəsaitlərini nağd çıxarılması səbəbindən baş verir. Bu məsələnin tənzimlənməsi üçün DSMF müvafiq qurumlarla birgə iş aparır. Bu, iki istiqamətdə aparılır. İlk növbədə, problemin yumşaldılmasını nəzərdən keçiririk və plastik kart sahiblərinə müxtəlif bankların bankomatlarından istifadə etmək imkanının yaradılması barədə düşünürük. Banklar arasında interfeys əlaqəsinin gücləndirilməsi hesabına pensiyaçılarımız plastik kartdan müxtəlif bankların bankomatları vasitəsilə pensiyalarını əldə edə biləcəklər. İkincisi yol isə nağdsız ödəniş şəbəkəsinin genişləndirilməsi və pensiyaçılar arasında bu sahədə təşviqatın aparılmasıdır”.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR