• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Mənim evsizliyim, öldürən mentalitet və ölən sevgim…

  • Digər
  • 24 Fevral 2015 12:40
  • 1 360 Baxış
Mənim evsizliyim, öldürən mentalitet və ölən sevgim…

Hansınızdan başlayım? Kimə sitəm edim ki, siz ağrılarımdan? Haqlı olaraq soruşan tapılar ki, kimin nəyinə lazımdı sənin şəxsi ağrıların?

Amma düşünəndə ki, siz adlı dərdlərdən əziyyət çəkən minlərlə mənim kimisi var onda yenə də gücüm çatanı etmək istəyimə qarşı qoya bilmirəm. Onsuz da əlimdən yazmaqdan başqa heç nə gəlmir. Min illərdi ki, üzünü görmədiyimiz, səsini eşitmədiyimiz dünya adlı bir varlıq qəm içindədi. Kimsə ona acımır, hər kəs nəsə baş verdiyində "dağılsın belə dünyanı" deyib sitəm edir. Lütf edin! Bir dayanın! Axı bizim yalnışlarımızın və ədalətsizliklərimizin dünyaya nə dəxli? Hanı o dünya adlı varlıq, görünüşü nə, səsinin rəngi nə? Deyin, mən də bilim. O yoxdu. O bizik əzizlərim, biz…

Bilə-bilə hər şeyi məhv edən, öldürüb dəfn edən, sonra da məzarı başında peşimanlıq içində dəli kimi göz yaşları tökən. Mən sadə bir jurnalistəm. Bəlkə, sadədən də sadə. Elə neçə illərdi yazıram… Bu camiyənin yüzlərlə jurnalistindən öncə bu sahəyə gəlib indi minlərləsindən çox az tanınan ya da heç tanınmayan bir jurnalisti. Əlimə qələm aldım-alalı bu məmləkətin dərdlərindən, tarixində kifayət qədər xilmətlər göstərmiş unudulmuş adamlarından yazan adamı. Bircə gün belə etdiklərimə, yazdıqlarıma görə özümdən bədgüman olmadım. Heç zaman bunun qarşılığı olmalıdı təmənnasıyla yaşamadım. Nəinki yaşamadım, bu hiss beynimə belə yaxın gəlmədi, içimə dolmadı. Ta ki o günə qədər...

Guya ki, ciddi sayılan və canlı yayımlanan verilişdə, aparıcının zibilə düşdük də dediyi günə qədər. (bu tip insanların niyə efirə buraxılması məsələsi artıq ayrıca bir yaralı mövzulardandı) Əslində efirlərdə ya da mətbuatda bu və ya buna bənzər faktlarla çoxunuz rastlaşıb. O cümlədən mən də. Sadəcə düzələr yəqin deyib hamı kimi mən də susmuşdum. O aparıcının kimliyini belə yadıma sala bilmirəm inanın. Ardınca da artıq hər işdən evə döndüyümdə dincəlmək arzumun suya düşdüyünü, əsəblərimin gərilməsinə dözə bilməmək nöqtəsinə gəlib çıxdığımın qaçılmaz olduğunu anlayanda. Özümün özümə biganəliyimin, hər şeyə heç bir təmənnasaz qatlaşmağımın artıq ifrata vardığını qanana qədər. Bu hal artıq həm də mənim özümün özümə qarşı olan hörmətsizliyim, dəyər verməməzliyim kimi acı bir gerçəklikdi. Amma mən sadəcə öz yolumdan dönə bilmək gücündə və iqtidarında da deyiləm. Çünki mənim yaşım artıq 39-du…

Bundan sonra dəyişməyim hardasa Qarabağ düyününə bənzər kimidi dostlar… Mənə əfəl, fərsiz, hətta xəstə deyənlər də var. amma yox vallah, mən onalrın heç biri deyiləm. Əgər bu yaşa qədər kimsəyə əl açmadan, öz əməyimlə yaşaya bilmişəmsə nə əfələm, nə fərasətsiz nə də ki, xəstə sayılmıram. Mən sadəcə çox dərin sükuta dalmışam. Sükutum mənim qənimim olub, vəssalam! Mən kədəri və faciəni bağıraraq anlatmağın əleyhinə olmuşam həmişə. Amma hər şeyin də bir həddi varmış dostlar. Sükut və hədsizlik sən doğru olduğun halda səni günahkar edərmiş sən demə. Sükutumun hədsizliyi doğru olduğum halda yalnışa çeviribmiş məni, indi xəbərim olur dostlar. Amma mən yenə də bağıra bilmirəm, sadəcə sükutumu pozuram. Mənə bir daxma lazımdı dostlar! Yerdə qalan ömrümü yenə də sevdiyim işimə həsr edə bilmək üçün. Orda gecələri dincəlib səhərləri işimə rahat tələsə bilmək üçün. Və, iki ay sonra 40-a basdıqdan sonra memuar yaza bilmək, təkliyimi rahat və nöqsansız yaşaya bilmək üçün. Bu, mənim evsizliyim. Həm də yüzlərlə mənim kimi evsizlərin evsizlik dərdi. İndisə istismar olunmuş mentalitet və ölən sevgimdən əsintilər…

Mentalitet və sevgi! Onların hər ikisi adam öldürəndi! Bu anda aranızda qaşları düyünlənənlər yəqin ki, oldu. Amma lütfən, qəzəblənməyin. Arada istisnalar təbii ki, var. Amma reallıq budur ki, bundan əziyyət çəkən çoxluq da var. Mentalitet bədbəxtdən o qədər sui-istifadə edirlər ki, az qala nəfəsimizi də milli mentalitetə uyğun almalıyıq qorxusuyla yaşayırıq. Axı qorxuda sevgi olmur dostlar…

Mentalitet dediyin insanın mənliyi, ləyaqəti, nəcabəti, dürüstlüyü, vicdanı olsa daha gözəl, daha doğru olmazmı dostlar? Mən öz yolunu başqa cığırla gedənləri demirəm, bu onların bildiyi bir şeydi. Hər halda bunun da öz mənfur məcburiyyəti yox deyil. Amma qadınlar da var ki, mentalitet yol vermir əcriylə ikinci kəs xoşbəxt olmağın qadağası içində boğulur. Halbuki onun keşmişinə anlayış və hörmətlə yanaşacaq kişilər də var. Xanımlar var ki, böyükləri mentalitet yol vermir deyib aradakı yaş fərqinə, nə vaxtsa aldandığına ya daha nələrəsə görə sevgi hissini qəlbindəcə məzara gömməyə məcbur edilir. Beləcə insanlar qəddarlaşır, müvəqqəti ehtiraslar girdabına yuvarlanır, qadınlar kişilərə, kişilər də qadınlara çevrilir. (bunun da mənaları müxtəlifdi) . Bu məqamda mən yenə də köhnə xasiyyətimdən – ifrata varmağımdan əl çəkənə oxşamıram. Amma insafən ifratlığımın bu anda yeri görünür.Yəni mən demirəm ki siz ifrata varanları, hədlərini aşanları dəyərləndirin. Sadəcə ikinci şansa haqqı çatanların haqlarını əllərindən almayın əziz böyüklər, üstəgəl də o böyüklərin sözündə həqiqət olduğuna inanan kəslər…Axı mentalitet insanları normal istəklərinə, mümkün ola biləcək münasibətlərə qadağa qoymaq deyil. Bu qadağaları qoyan sadəcə sizsiniz. Niyə? Axı hər kəs öz ömrünü yaşayır, bütün savabları və günahlarıyla. Kimsə kimsənin günahının acısını çəkmir. Hər kəs öz etdiklərinə borcludu. Axı bəzən bunun mümkünlüyünü sübut edənlər də olur. Bəzən bu ola bilir, olur da dostlar… İndi nə deyirsiz dostlar, evsizlik, öldürən mentalitet və ölən sevgilərəmi yenilək? Amma bu gedişlə mənim yenə də susmağım gəlir dostlar…

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR