• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Hərəmxanada gecəni sultanla keçirəcək cariyələri necə hazırlayırdılar?

  • Digər
  • 27 Fevral 2015 11:05
  • 2 013 Baxış
Hərəmxanada gecəni sultanla keçirəcək cariyələri necə hazırlayırdılar?

Sultanın hərəmxanasına adi qızlar düşmürdü. Söhbət heç də filmlərdə göstərildiyi kimi əsir və ya küçədən yığılmış qadınlardan getmir. Plana əsasən, müəyyən dərəcədə qaraşın və sarışın qızlar yığılırdı.

Sultanlar hər şeydən çox çox budlara və belə qiymət verirdilər. Belin buda ideal nisbəti 2/3 idi, bu, indi 90-60-90 ölçülərinə uyğun gəlir. Sinənin ölçüsü, boyun hündürlüyü əhəmiyyətli deyildi.

Gözəl qamət həmişə yüksək qiymətləndirilirdi və onu qaydasında saxlamaq üçün hər şey edilirdi. Hərəmdə yüzlərlə otaq və geniş park olurdu. Qızlara arabada getmək qadağan idi, onlar piyada yeriyirdilər: bu həm fiqura üçün xeyirli idi, həm də vaxt öldürmək üçün yararlı sayılırdı.

Vaxt keçirməyin bir yolu qaçdı-tutdu oyunu idi: qızlardan biri əlində dəsmalla qaçır, digərləri onu tutmağa çalışırdılar. Dəsmalı tuta bilən qız massaj və hamamda vaxt keçirmək kimi hədiyyə alırdı. Bu, məhz hədiyyə idi, çünki hərəmdə yaşayan 500-700 qadın öz istəkləri ilə massaj oluna və hamama gedə bilmirdilər. Bu cür kosmetik prosedurlardan yalnız sultanla gecəni keçirən qızlar keçirdilər.

Qızlar müxtəlif cür rəqslər öyrənirdilər. Rəqs edərkən biləklərə və topuqlara böyük bilərziklər taxılır, əllərdə isə nar tutulurdu.

Cariyələrin üzməsi üçün hərəmdə bir neçə hovuz olardı. Adətən sultan hovuzda üzən qızları müşahidə edir və gecəni keçirmək üçün birini seçirdi.

Qızların fiquraları qaydasında saxlaması üçün onları qidalanmasına xüsusi diqqət edilirdi. Cariyələr saat 7-yə qədər yalnız 1 dəfə yemək yeyə bilərdilər və bu yeməyin çəkisi 250 qramı keçməməli idi.

Menyuya çoxlu meyvə və tərəvəz, dəniz məhsulları, suplar, səhər yeməkdən əvvəl və axşam yatmazdan əvvəl mütləq içilən ayran daxil idi. Sultanın cariyələrinə digər qadınlardan fərqli olaraq qəhvə içməyə icazə verilirdi.

Şirniyyatı isə cariyə sultanla keçiriləcək gecədən əvvəl yalnız günortaya qədər yeyə bilərdi. Eyni qadın sultanın yatağına bir neçə dəfə nadir hallarda düşdüyündən onların çoxu illərlə şirniyyat və konfet üzü görmürdülər.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR