Əhalinin banklardakı əmanətlərinin həcmi azalıb
Bizi izləyin

Digər

Əhalinin banklardakı əmanətlərinin həcmi azalıb

Publika.az xəbər verir ki, fevral ayında yanvar ayı ilə müqayisədə banklardakı əmanətlərin həcmi 67 milyon manat azalıb. Banklardakı əmanətlərin həcmi 7.121.3 milyon manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əmanətlər 10 faiz artıb.

Onu da bildirək ki, bu ilin əvvəlinə milli valyuta ilə əmanətlərin həcmi 4422,4 milyon manat, xarici valyuta ilə əmanətlər 2766,0 milyon manat olub.

Bu arada Əmanətlərin Sığortalanması Fondu 2015-ci il fevral ayının 24-dən etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 9%-dən 12%-ə qaldırıb. Bu da əmanətlərin həcmində artımın bərpa olunacağını deməyə əsas verir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm