Bankların gəlirləri də, zərərləri də artıb
Bizi izləyin

Digər

Bankların gəlirləri də, zərərləri də artıb

Bu ilin ilk ayında 40 bank mənfəətlə işləyib. Bank sisteminin cəmi mənfəəti mənfəətlə işləyən banklar üzrə 70,94 milyon manat olub.

Publika.az xəbər verir ki, ötən ilin müvafiq dövründə həmin rəqəm 51,92 milyon manat təşkil etmişdi. Cəmi 5 bank zərərlə işləyib. Yeri gəlmişkən, zərərlə işləyən bankların ayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Əgər ötən ilin sonunda 8 bank zərərlə işləyirdisə, bu ilin birinci ayında onların sayı beşə düşüb. Bank sisteminin cəmi zərəri - 4,037 milyon manat olub. 2014-cü ilin yanvar ayında bu rəqəm -2,85 milyon manat idi. Banklar tərəfindən əldə edilmiş yekun mənfəət 66,90 milyon manat olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm