• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Bolkart” limitinin uzadılması dayandırılıb – ÖZƏL

  • Digər
  • 5 Mart 2015 15:06
  • 726 Baxış
“Bolkart” limitinin uzadılması dayandırılıb – ÖZƏL

“Bank of Baku”ya aid olan “Bolkart”ın limitinin uzadılması dayandırılıb.

Publika.az-ın məlumatına görə, bank istifadə müddəti bitən taksit kartlarının vaxtını uzatmır. Müştəri kimi banka müraciət etdiyimiz zaman qeyd olundu ki, bu əməliyyat müvəqqəti olaraq dayandırılıb.

Eyni zamanda, kartın gələcək valyutası da bəlli deyil. Belə ki, kart üzrə əməliyyatların manat, yoxsa dollarla aparılacağı müəyyən olunmayıb. Nəzərə çatdıraq ki, “Bolkart” üzrə limit son 12 aydakı mobil rabitə ödənişinin 200%-i həcmində artırılır. Bankın daimi müştərilərinə daha artıq məbləğ ayrılır. Limit artırıldıqdan sonra məbləğin azaldılması da istisna deyil.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR