Ukrayna defolta gedir
Bizi izləyin

Digər

Ukrayna defolta gedir

Ukrayna Mərkəz Bankı faiz nisbətini yenidən yüksəltməyə qərar verib.

Publika.az xəbər verir ki, bank bununla 25 faizə yaxınlaşan inflyasiyanı və 70 faiz dəyərini itirən grivnanın itkisini dayandırmağı hədəfləyir. Xatırladaq ki, bank fevralda faiz nisbətini 19,5 faizə qaldırmışdı. Hazırda isə bu nisbəti 30-a yüksəltdi.

Rusiya tərəfdarlarıyla 11 aydır davam edən qarşıdurmaların nəticəsi olaraq, ölkə iqtisadiyyatı sarsılıb. Ukrayna Mərkəz Bankı 2015-ci ilin sonu üçün inflyasiya proqnozunu 17,2 faiz təyin etsə də, artıq inflyasiya 25 faizə yaxınlaşıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm