• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Beşiktaş” klubu Xəzər sahilində stadion inşa edə bilər – FOTOLAR

  • Digər
  • 10 Mart 2015 15:06
  • 398 Baxış
“Beşiktaş” klubu Xəzər sahilində stadion inşa edə bilər – FOTOLAR

Türkiyədə işgüzar səfərdə olan “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli bu ölkənin bir qrup iş adamları ilə önəmli görüşlər keçirib.

Publika.az-ın məlumatına görə, qardaş ölkənin “Beşiktaş” futbol klubunun rəhbəri, tanınmış iş adamı Fikrət Ormanla görüşən Hacı İbrahim Nehrəmli bu klubun yenidən inşa edilən stadionunda aparılan tikinti işləri ilə tanış olub.

Türkiyənin ən müasir stadionu olacaq bu meydançanın oxşarının “Khazar İslands”da inşa edə biləcəklərini qeyd edən “Beşiktaş” klubunun rəhbəri Fikrət Orman rəhbərlik etdiyi qurumun bu istiqamətdə “Avesta Concern”lə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Azərbaycanda beynəlxalq miqyaslı idman turnirlərinin artıq ənənə halını aldığını bildirən Hacı İbrahim Nehrəmli isə “Khazar İslands” layihəsində də bu məqamı nəzərə aldıqlarını diqqətə çatdırıb.

“Avesta Concern”in prezidenti həyata keçirdikləri layihədə müxtəlif növ idman yarışlarının keçirilməsini təmin edəcək meydançalarının olmasına xüsusi önəm verdiyini, gələcəkdə bu şəhərdə beynəlxalq idman yarışlarının keçiriləcəyinə inandığını bildirib.

“Beşkitaş İnşaat”ın “Khazar İslands”da stadion inşa etmək təklifi ətrafında aparılan danışıqlarda ilkin razılıq əldə olunub. Razılığa gəlinib ki, “Khazar İslands”da inşa ediləcək stadionun layihəsinin hazırlanması və inşası ilə bağlı danışıqlar davam etdirilsin. “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli ilə Fikrət Ormanın danışıqlarında memar Nurcan Maraş da iştirak edib.

“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmlinin digər bir görüşü isə Türkiyənin ən böyük biznes strukturlarından biri olan “NUROL” Şirkətlər Qrupunun İdarə Heyətinin sədr müavini Erol Çarmıklı ilə olub.

1966-cı ildə yaradılan “NUROL İnşaat” yalnız Türkiyədə deyil, Yaxın Şərq, Afrika və keçmiş sovet respublikaları da daxil olmaqla dünyanın 30-dan artıq ölkəsində böyük layihələr həyata keçirir. Belə böyük şirkətin Azərbaycanda da layihələr həyata keçirməsi ölkəmizin maraqlarına cavab verir. Artıq bunun üçün ilkin addımlar atılıb. “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmlinin “NUROL Şirkətlər” Qrupunun İdarə Heyətinin sədr müavini Erol Çarmıklı ilə görüşündə bu şirkətin “Khazar İslands” layihəsində iştirakı müzakirə olunub.

Müzakirələrdə “NUROL” Şirkətlər Qrupunun “Khazar İslands”a sərmayə yatırımı ilə bağlı ilkin razılaşma əldə olunub və növbəti görüşlərdə həyata keçiriləcək layihələrlə bağlı müzakirə aparılmasına qərar verilib.

Nüfuzlu iş adamı Hacı İbrahim Nehrəmli Türkiyədə bir çox inşaat və enerji layihələrini uğurla həyata keçirmiş “TÜRKERLER Holdinq”in layihə koordinatoru Mehmet Gürcan Erdenlə də görüşü olub. Bu görüşdə “Avesta Concern”in ilə “TÜRKERLER Holdinq” arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Vasif Həsənli

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR