“SOCAR-ın avrobond buraxması neft qiymətlərinin azalması ilə bağlı deyil – AÇIQLAMA
Bizi izləyin

Digər

“SOCAR-ın avrobond buraxması neft qiymətlərinin azalması ilə bağlı deyil – AÇIQLAMA

“SOCAR martda avrobondların buraxılışını planlaşdırır”.

Publika.az “Reuters”ə istinadən xəbər verir ki, bunu SOCAR rəhbəri Rövnəq Abdullayev bildirib. O qeyd edib ki, bu, neft qiymətlərinin azalması ilə bağlı deyil.

SOCAR-ın üçüncü avrobondlarının buraxılması “Deutsche Bank” və “JP Morgan” tərəfindən təşkil olunacaq. Ancaq buraxılışın həcmi məlum deyil. Əvvəllər məlumat verildiyi kimi, martda road-show başlayacaq, yəni investorlarla danışıqlar aparılacaq.

Xatırladaq ki, SOCAR artıq iki istiqrazın buraxılışını həyata keçirib. İlk buraxılış 500 milyon dollar həcmində 5,45 faiz gəlir ilə 2012-ci ildə həyata keçrilmişdi. İkinci buraxılış isə 2013-cü ilin martında CEEMEA bazarında 1 milyard dollar həcmində 10 il müddətinə (4.75% gəlir dərəcəsi) buraxılmışdı. İkinci buraxılışda tələb emissiyasının məbləğindən iki dəfə çox olmuşdu.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm