Xocalı soyqırımının tanınması üçün Türkiyə parlamentinə müraciət edilib
Bizi izləyin

Digər

Xocalı soyqırımının tanınması üçün Türkiyə parlamentinə müraciət edilib

Türkiyə-Azərbaycan Dərnəyi Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının tanınması üçün qardaş ölkənin deputatlarına müraciət ünvanlamışdır.

Türkiyə-Azərbaycan Dərnəyi Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının tanınması üçün qardaş ölkənin deputatlarına müraciət ünvanlamışdır.

Publika.az xəbər verir ki, müraciətdə Xocalıda erməni vəhşiliyini pisləyən qanun layihəsinin qəbul olunmasının zəruriliyi öz əksini tapmışdır. Müraciətdə bildirilir ki, bir çox ölkələr və müxtəlif beynəlxalq təşkilatlar Xocalı soyqırımı ilə bağlı qərar qəbul etmişdir. Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan 2012-ci ildə Xocalıda baş verənlərin soyqırımı kimi tanınmasını nəzərdə tutan qərar layihəsinin müzakirəyə çıxarılmasını təklif etmişdir. Müraciətdə həmin qərar layihəsinin yenidən deputatların müzakirəsinə çıxarılması və dəstəklənməsi çağırışı səslənmişdir. Qərar layihəsinin müəllifi Sinan Oğan həmkarlarının Xocalı soyqırımı ilə bağlı təşəbbüsə dəstək verəcəklərinə inandığını bildirmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm