“Səba" toyuq ətini daha qənaətcil qiymət və formada təqdim edir
Bizi izləyin

Digər

“Səba" toyuq ətini daha qənaətcil qiymət və formada təqdim edir

Ailələrin qənaət istəyini və büdcələrini düşünən "Səba" bazara yeni qiymət təklifilə çıxıb.

Təzə toyuq ətinin 1 kiloqramı 2 manat 30 qəpiyə! "Səba"nın keyfiyyətini dəyişməyən təzə toyuq əti istehlakçılara açıq formada təqdim olunacaq. "Səba" toyuqlarını marketlərdə tanımaq heç kəs üçün çətin olmayacaq – Azərbaycanın halal dövlət standartı nişanını üzərində daşımağa hüququ olan yeganə toyuq istehsalçısı kimi "Səba" bu məhsulunun üzərinə yalnız halal nişanı vurmaqla kifayətlənib. Məhsul martın 16-dan marketlərdə olacaq. Bu da təsadüfi deyil – Səba hər bir azərbaycanlının inanclarla dolu ilaxır çərşənbəni və milli bayramımız olan Novruzu bol süfrə ilə qarşılaması istəyindədir. Amma məhsul təkcə bayram üçün buraxılmayıb. Yeni məhsul Novruzdan sonra da eyni qiymətlə marketlərdə alıcılara təqdim ediləcək.

Qeyd edək ki, məhsullarının yüksək keyfiyyətinə zəmanət verən "Səba" quşçuluq fabrikinin qapılarını martın 1-dən ictimaiyyətə açıq elan edib. İndiyədək Şabrandakı "Səba" quşçuluq fabrikindəki istehsal prosesini öz gözləri ilə görmək üçün 200-ə yaxın adam müraciət edib və müəssisədə qonaq olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm