Spiker: “Valyuta ehtiyatımız xarici borcları 8 dəfə üstələyib” - PARLAMENT
Bizi izləyin

Digər

Spiker: “Valyuta ehtiyatımız xarici borcları 8 dəfə üstələyib” - PARLAMENT

Milli Məclisin bu günə təyin olunan növbəti plenar iclası başlayıb.

Publika.az bildirir ki, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatın dinlənilməsi nəzərdə tutulur.

İclasda spiker Oqtay Əsədov çıxış edərək bildirib ki, 2014-cü ildə ümumi daxili məhsulun real artım tempi 2,8 faiz təşkil edib. Qeyri-neft sektorunun artımı 7 faiz olub. Beləliklə də, ÜDM-in artımı qeyri-neft sektorunun hesabına təmin edilib. Ölkəyə investisiya qoyluşu 22 milyard manat olub. Bunun 59 faizi daxili, 41 faizi xarici mənbələr hesabına təmin edilib. Qeyri-neft sektoruna investisiya qoyluşu neft və qaz sektoruna investisiya qoyuluşunu 2 dəfə üstələyib. Ölkənin valyuta ehtiyatları 51,3 milyard dollar olub. Bu da valyuta ehtiyatlarının xarici borcların həcmini 8 dəfə üstələməsi deməkdir. Əhalinin sosial vəziyyəti yaxşılaşdırılıb. Əməkhaqqı 4,5 faiz artıb, yoxsulluq səviyyəsi 5 faizə endirilib”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm