Azərbaycan neftinin orta ixrac qiyməti məlum olub
Bizi izləyin

Digər

Azərbaycan neftinin orta ixrac qiyməti məlum olub

Azərbaycan 2015-ci ilin yanvar-fevral aylarında 5 mln. 504 min 510,6 ton neft ixrac edib ki, bu da 2014-cü ilin yanvar-fevral aylarının göstəricisindən 2,6% çoxdur.

Publika.az xəbər verir ki, cari ilin yanvarvfevral aylarında Bakı–TbilisiCeyhan neft kəməri ilə 4 mln. 340 min 808,1 ton (həmçinin “Şahdəniz” yatağından 359 min 468,6 ton qaz kondensatı), BakıSupsa neft kəməri ilə 715 min 290,1 ton, BakıNovorossiysk neft kəməri ilə 254, 127 min ton neft ixrac olunub. Dəmir yolu ilə Gürcüstan limanlarına 194 min 285,4 ton neft daşınıb.

Yanvarfevral ayları ərzində ixrac edilən 1 mlrd. 825 mln. 982,28 min dollar məbləğində neftin bəyan edilmiş həcmi 4 mln. 461 min 631,23 ton təşkil edib.

2015-ci ilin yanvar fevralında Azərbaycandan $122 mln. 159,79 min məbləğində 377 min 873,12 ton neft məhsulu ixrac olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm