2015-ci ilin büdcəsindən 1,3 milyard manat xərclənib
Bizi izləyin

Digər

2015-ci ilin büdcəsindən 1,3 milyard manat xərclənib

Yanvar ayında dövlət büdcəsinə 1,7 milyard manat vəsait daxil olub.

Büdcədən isə 1,3 milyard manat vəsait xərclənib. Publika.az xəbər verir ki, büdcənin gəlirləri ilə xərcləri arasında yaranmıs 421,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 11,6 faizinə bərabər olub. Büdcə xərclərinin 812,8 milyon manatı iqtisadiyyatın inkisafına, 202,7 milyon manatı sosial müdafiə və sosial təminata, 38,4 milyon manatı təhsil və səhiyyəyə yönəldilib.

Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5% həcmində olmaqla nominal ifadədə 19,438 mlrd. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3%-i təşkil etməklə 21,1 mlrd. manat proqnozlaşdırılır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm