Digər
“Avropa Cənub Qaz Dəhlizinin əhəmiyyətini tam mənası ilə dərk etdi” - EKSPERT
“Artıq bütün dünya açıq şəkildə bəyan edir ki, Cənub Qaz Dəhlizinin əhəmiyyətli hissəsi olan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) Avropa İttifaqının enerji resurslarının tədarük marşrutlarının şaxələndirilməsinə xidmət edən bir layihədir. Onun həyata keçirilməsi Avropa üçün az qala həyati əhəmiyyətə malik bir hadisədir”. Bunu Publika.az-a açıqlamasında “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirib.
O qeyd edib ki, Cənub Qaz Dəhlizi 20 il bundan əvvəl əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Bakı – Tbilisi – Ceyhan Əsas İxrac Neft Boru Kəmərinin tikintisi ilə başlanmış və Azərbaycanın enerji resurslarının dünyaya, ilk növbədə isə Avropaya çatdırılması üzrə qlobal bir layihənin davamı və tamamlanması layihəsidir: “ Əgər bir vaxtlar çoxları Bakı – Tbilisi – Ceyhan boru kəmərinin reallaşacağına şübhə ilə yanaşırdısa, artıq Azərbaycanın enerji resurslarını Avropaya aparan bütün yollar açılmış vəziyyətdədir. İndi biz hamımız bir zamanlar mümkünsüz görünən nə var idisə, hamısının reallığa çevrilməsi dövrünü yaşayırıq.
Təsəvvür edin, dünyanın dörd yanında müharibələr gedir, qan axıdılır, iqtisadi kataklizmlər yaşanır, ancaq Azərbaycan TANAP kimi nəhəng iqtisadi layihənin təməlini qoyur və bununla da özünün illər əvvəldən tərtib olunmuş qlobal proqramları üzrə hədəflərinə doğru irəliləyir. Yuxarıda qoyduğumuz “nədir Azərbaycanı hamı üçün cəlbedici edən?” sualına cavab da elə sadaladığımız məqamlarda günümüzün reallıqlarındandır. Rusiya ilə Ukrayna arasında yaranmış və sonda qanlı toqquşmalara, Ukrayna torpaqlarının bir qisminin itirilməsinə gətirib çıxarmış gərginlik artıq Avropanı öz enerji təhlükəsizliyi məsələlərinə daha ciddi yanaşmağa məcbur edir. Aydındır ki, Avropa Rusiyanı sonadək sözünü tutan tərəf və yaxud tərəfdaş kimi qəbul etməyib. Sadəcə enerji təhlükəsizliyini təmin edə biləcək alternativ variantlar seçiminin azlığı Avropanın enerji təhlükəsizliyini bir növ Rusiyadan asılı vəziyyətə salmışdı. Hələ bir neçə il öncə siyasi motivlərə söykənən Ukrayna - Rusiya qaz qarşıdurması Avropaya müəyyən narahatedici siqnallar ötürmüşdü. Xatırlayırsınızsa, Ukraynanın “Qazprom” şirkətindən alınmış qaza görə ödəniş etməməsi səbəbindən yaranmış gərginlik və bu hadisələr fonunda Rusiyanın Avropaya Ukrayna ərazisi ilə qaz verilməsinin dayandırılacağı ilə bağlı mesajları Avropanın ehtiyatlanmasına əsaslar yaratmışdı. Bu narahatçılığın tam əsaslı olması isə Krımda və Ukraynanın şərqində başlayan qarşıdurmadan sonra bir daha təsdiqləndi. Bu səbəbdən artıq çoxdan alternativ enerji mənbələri və buna müvafiq alternativ enerji daşıma marşrutları üzərində düşünən Avropa Cənub Qaz Dəhlizinin əhəmiyyətini tam mənası ilə dərk etdi”.
İqtisadçı bildirir ki, Azərbaycan üçün xüsusi əhəmiyyətə malik bu layihə ölkənin iqtisadi potensialının artırılmasına öz töhfəsini verməklə yanaşı, siyasi müstəvidə də tələblərini təmin etmək üçün əlavə təsir rıçağı rolunu oynayacaq: “Artıq qarşımızda danılmaz həqiqət var: Azərbaycan dünyanın təlatümlər yaşadığı bir dövrdə məhz Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi olaraq daha bir uğura imza atmış oldu”.
İqtisadiyyat şöbəsi
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər