• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Türkiyə Ukraynaya izahat verdi: Qazı ona görə buraxmadıq ki,..

  • Digər
  • 21 Mart 2015 08:30
  • 658 Baxış
Türkiyə Ukraynaya izahat verdi: Qazı ona görə buraxmadıq ki,..

Türkiyə Ukrayna üçün nəzərdə tutulan sıxılmış qaz daşıyan tankerləri Bosfor boğazından buraxmamasının səbəbini izah edib.

Publika.az-ın məlumatına görə, Türkiyənin Ukraynadakı səfiri bu addımı təhlükəsizlik səbəbindən atdıqlarını bildirib: "Boğazdan keçid həddən artıq intensivdir. Nəzərə almaq lazımdır ki, İstanbul əhalinin sıx yaşadığı şəhərdir. Qaz daşıyan tankerlər isə neft tankerlərindən çox böyükdür. Qəza baş versə, nəticələr əhali və İstanbul üçün çox acınacaqlı olacaq. Bosfor boğazından sıxılmış qaz keçirmək istəyən istənilən dövlət bizdən rədd cavabı alacaq. Bunun Ukrayna və siyasətlə heç bir əlaqəsi yoxdur".

Ukrayna hələ 2005-ci ildə Türkiyədən neft tankerlərini buraxmaq üçün icazə almağa cəhd edib. Lakin Ankara Kiyevə rədd cavabı verib. Danışıqlar 2014-cü ildə bərpa olunub və Ukrayna bu dəfə qaz tankerləri üçün icazə almağa cəhd edib.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR