Erməni yazıçıdan Qarabağla bağlı şok etiraf – Özəl
Bizi izləyin

Digər

Erməni yazıçıdan Qarabağla bağlı şok etiraf – Özəl

Erməni yazıçıdan Qarabağla bağlı şok etiraf

“Nifrət var, amma xalq yoxdur”.

Bu sözləri “Axar.az”a açıqlamasında İsveçdə yaşayan erməni yazıçı Vahe Avetiyan deyib.

O, Ermənistanda Maydanın yaranması üçün xalqda inamın olması ilə bağlı sualımıza yalnız bir cümlə ilə cavab verib: “Nifrət var, amma xalq yoxdur”.

Yazar həmçinin Qarabağda soydaşlarının müstəqillik uğrunda apardıqları savaşı da tənqid edib:

“Mən müharibədə Qarabağa görə iştirak etməmişəm. Mən müharibədə Ermənistanın azadlığı üçün iştirak etmişəm. 1992-ci ilə qədər. Bizə qarşı rus əsgərləri vuruşurdu. Azəbaycanlılar o zaman silahlanmamışdılar. Deyə bilərəm ki, istənilən xalq azad olmaq hüququna malikdir. Amma heç kimin öldürməyə və qarət etməyə ixtiyarı yoxdur”.

Qeyd edək ki, bu gün erməni separatçılarının Dağlıq Qarabağda özlərini müstəqil elan etməsindən 23 il keçir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm