Ekspert: “Neftin qiyməti 70 dollardan yuxarı qalxmayacaq”
Bizi izləyin

Digər

Ekspert: “Neftin qiyməti 70 dollardan yuxarı qalxmayacaq”

İrana qarşı sanksiyaların aradan qaldırılması birjalarda yeni vəziyyətin yaranacağına dair müzakirələrə yol açıb. Belə ki, İran neftinin bazara çıxması nəticəsində qiymətlərin 20 dollara qədər düşəcəyi irəli sürülür. Bəzi ekspertlər isə bildirirlər ki, İran neftinin bazara çıxan həcmi 1 milyon bareldir. Bu rəqəm elə də təsir gücünə malik olmayacaq. O da məlum olur ki, İran hazırda da bazara 350 min barelə yaxın neft çıxarır.

Publika.az-a açıqlama verən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, İran neftinin bazara çıxarılacağı halda bunun qiymətlərə təsiri ilə bağlı müxtəlif versiyalar irəli sürülür:

“İrana qarşı sanksiyaların götürülməsinin birinci mərhələsindən sonra birjalarda neft 54 dollara düşdü. Lakin artıq qiymət artımı müşahidə edilir. Reallıq odur ki, 2016-cı ilə qədər İran bazara sanksiyalardan əvvəl olduğu həcmdə - 1 milyon barel neft çıxara bilməyəcək. Bütün texniki məsələləri həll etmək üçün 5-6 ay tələb olunur. Amma 2016-ci ildə bazarın özünün hansı vəziyyətdə olacağı da sual doğurur. Havadan tutmuş iqtisadi-siyasi ab-havaya qədər hər şey neftin qiymətinə təsir edir. Birinci rübün nəticələrinə görə, neftin orta qiyməti 55 dollar olub. 2016-cı il üçün proqnozlarda 65 dollar irəli sürülür. 2017-ci ildə isə neftin qiymətində cəmi 5 dollar artım ehtimal olunur. O da bəllidir ki, neftin qiyməti artıq 100 dollar olmayacaq. “Qara qızıl”ın stabil qiyməti 90 dollar ətrafında olacaq. Bu qiymət də alıcıları da, satıcıları da qane edir”.

İqtisadçı deyir ki, 2011-2014-cü illərdə neftin qiymətinin 100 dollardan baha olması real qiymət deyildi: “O köpük idi. Həmin dövrdə neftin real qiyməti 90 dollar təşkil edirdi. Buna görə də o köpük partladı. Neft birdən-birə iki dəfə ucuzlaşdı”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm