• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Cərimələrdən daxilolmaların miqdarı çoxalıb

  • Digər
  • 7 Aprel 2015 16:12
  • 438 Baxış
Cərimələrdən daxilolmaların miqdarı çoxalıb

2015-ci ilin birinci rübü ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 346 cinayət işi başlanıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, həmin cinayət işlərindən 110-u vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı səyyar vergi yoxlamalarının nəticələrinə dair materiallar üzrə 225-i vergi borcunun ödənilməməsi, 11-i əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmə, aksiz markası olmadan malların satışı və saxlanılması ilə məşğul olma faktları üzrə operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə dair vergi orqanlarından daxil olan materiallar əsasında başlanıb.

Hesabat dövründə departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 13 milyon 72,1 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,9 dəfə çoxdur.

Departamentin İstintaq idarəsində 161 cinayət işi üzrə ibtidai istintaq tamamlanmış, 23 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 112 cinayət işi üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (o cümlədən, 16 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət işlərinə xitam verilib.

İstintaqı tamamlanmış cinayət işləri üzrə 39 nəfər barəsində 30 iş ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

Cinayət işləri üzrə keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilən 9 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib. İbtidai istintaqdan yayınan 55 şəxsin məcburi qaydada gətirilməsi, 77 şəxsin tapılaraq istintaqa gəlmələri, 71 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 49 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR