Digər
Avro rubla qarşı ucuzlaşır
Moskva birjasında avronun kursu 2014-cü ilin noyabrından bu tərəfə ən aşağı səviyyəyə düşüb. Avro artıq 59,9 rubl təşkil edir.
Publika.az xəbər verir ki, dollar da rubla qarşı zəifləyib. Artıq Moskva birjasında dollar 28 qəpik ucuzlaşaraq 1 dollar 55,21 rubl olub
Onu da bildirək ki, avronun dünyada tək dollara qarşı deyil, beş ən güclü valyutaya qarşı ucuzlaşmasının əsas səbəbi Avropa Bankının Avrozonada iqtisadi durğunluq üzündən tətbiq etdiyi “iqtisadi canlandırma proqramı”ı ilə bağlıdır. Ekspertlərin rəyinə görə, bu proqramın tərkib hissəsindən biri də hər ay bazara 60 milyard avroluq likvidlik axıtmaqdır. Yəni bazarda pul kütləsinin həcmini, banklarda isə likvidliyi artırmaqdır ki, bu da kreditlər yolu ilə vətəndaşların biznesə qayıtması ilə daha çox iqtisadi canlanmaya gətirib çıxara bilər. Avropa Mərkəzi Bankı (AMB) belə düşünür.
Ona görə də hər ay 60 milyardlıq belə bir proqram həyata keçirilir. Bu, 2016-cı ilin sentyabrın 1-nə qədər davam edəcək. Bu müddət ərzində 1 trilyon avrodan çox əlavə vəsait bazara daxil olacaq. Bu da təbii ki, avronun məzənnəsinin enməsinə səbəb olacaq. Yəni AMB bunu bilərəkdən edir. Çünki məzənnə aşağı olduqca Avropada istehsal olunan malların ixrac qabiliyyəti artır və beynəlxalq rəqabətdə dayanıqlılıq güclənir. Buna görə də bu, bilərəkdən atılmış bir addımdır və bunun davamını görəcəyik. Bəzi ekspertlər və iri dünya bankları artıq avronun dollardan daha ucuz həddə qədər ucuzlaşacağını proqnozlaşdırırlar. Ola bilsin ki, yaxın bir neçə ayda pariteti görək, yəni dollarla avro yenidən bərabərləşsin. Ancaq bundan sonra da yenə dolların bahalaşması və avronun dollara nisbətən ucuzlaşmasını görə bilərik. Çox güman ki, yaxın gələcəkdə avro dollardan daha da ucuz olacaq.
İqtisadiyyat şöbəsi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət