Bakıda daha bir beynəlxalq konfrans keçiriləcək
Bizi izləyin

Digər

Bakıda daha bir beynəlxalq konfrans keçiriləcək

Aprelin 9-10-da Bakıda neft-qaz sənayesinin inkişafına həsr edilmiş beynəlxalq konfrans keçiriləcək.

Publika.az xəbər verir ki, növbəti Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı SOCAR-ın dəstəyi ilə keçiriləcək. Artıq 8-ci ildir keçirilən konfransın bu ilki təşkilatçıları Böyük Britaniyanın “Confidence Capital” şirkəti və Bakı Ali Neft Məktəbidir.

Konfransda Xəzər regionunda karbohidrogen ehtiyatlarının hasili, nəqli və satışının mövcud vəziyyəti və yaxın perspektivləri haqqında beynəlxalq ekspertlərin və Xəzəryanı ölkələrin yanacaq-enerji komplekslərinin rəhbər işçilərinin və mütəxəssislərinin məruzələri dinləniləcək.

Konfrans həm də Azərbaycanın neft strategiyasının uğurlarının təbliğ edilməsi və mütəxəssislər arasında işgüzar əlaqələrin yaradılması üçün əlverişli platforma olacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm