• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ərdoğan seçkilərə Qafqaz mahnısı ilə gedir - VİDEO

  • Digər
  • 20 Fevral 2014 16:40
  • 1 370 Baxış
Ərdoğan seçkilərə Qafqaz mahnısı ilə gedir - VİDEO


Türkiyə Baş naziri Rəcəp Təyyip Ərdoğan bələdiyyə seçkilərinə AKP namizədlərinin açıqlanması məqsədilə “Ankara Arena”da toplantı keçirib. Toplantıda 30 mart bələdiyyə seçkilərində kampaniyada istifadə olunacaq mahnıların da təqdimatı keçirilib.

Seçkilərdə ilk səslənəcək mahnının adı “Daim eşq, daim Xidmət”dir. Seçki mahnıları arasında kürd və türk dillərində səslənəcək parçalar da var.

Noğay türklərinə aid olan və dombra( tənbur ) üstündə ifa olunan mahnı da AKP-nin seçki kampaniyasında istifadə olunacaq. Lakin Ərdoğan üçün yazılan mahnının nəqarət hissəsində dəyişiklik aparılaraq,

“Göründüyü kimi olan,
Gücünü millətdən alan,
Rəcəp Təyyib Ərdoğan”
“Məzlumlara sirdaş olan,
Qəriblərə yoldaş olan,
Rəcəp Tayyip Ərdoğan”


formasına salınıb.

Mahnının təqdimatından sonra sosial mediada böyük bir müzakirə açılıb. Mahnıda Orta Asiyadan motivlər olması və millətçi kimi tanına Uğur İşılak tərəfindən səsləndirilməsi bəzi millətçiləri hisrləndirib. “Millətçiliyi ayaqlarımın altına alıram” deyən Ərdoğanın bu həmlə ilə millətçilərin könlünü almağa çalışdığını deyənlər Ərdoğanın MHP haqqında internetdə yayımlanan sözlərinin də bu kliplə unutdurmağa çalışdığını iddia edirlər.

Müəyyən qruplarsa mahnının uyğunlaşdırma deyil, noğaylardan oğurlandığını iddia edərək orijinal musiqinin səsləndiyi Çingiz xan filimdəki savaş səhnələrini paylaşıblar.

Qeyd edək ki, tənbur qədim türk xalqlarının aləti olmaqla yanaşı, bu gün Azərbaycanın Balakən-Zaqatala bölgəsində hələ də qorunub saxlanılır-həm də qıpçaq xalqlarında olduğu kimim dombur-dombra adı ilə.

Mahnının orijinalı belədir:

Asif Nərimanlı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR