• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İçki və tütün məmulatlarının satışı artıb

  • Digər
  • 14 Aprel 2015 11:57
  • 344 Baxış
İçki və tütün məmulatlarının satışı artıb

İlin əvvəlindən istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 5,8 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz çox əmtəə satılıb.

Publika.az xəbər verir ki, satılmış istehlak mallarının 50,2 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,8 faizini qeyri-ərzaq malları təşkil edib. Qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz bəndi artıb.
Cari ilin ilk üç ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-mart aylarına nisbətən 1,7 dəfə artaraq 2720 min manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,7 faizini hüquqi şəxslərin, 7,3 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,3 faizini qeyri-ərzaq malları təşkil edib.

Yanvar-mart aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artaraq 219,9 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 93,6 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 126,3 milyon manat təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR