• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

"Azərros"a yeni prezident seçildi

  • Digər
  • 15 Aprel 2015 01:13
  • 421 Baxış
"Azərros"a yeni prezident seçildi

Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti "Azərros"un növbədənkənar VI Qurultayı keçirilib. APA-nın Moskva müxbirinin məlumatına görə, qurultayda quruma yeni prezidenti, Federal Şuranın sədri və üzvləri seçilib.


Rusiya Federasiyasının regionlarından 87 nəfər nümayəndə heyəti iştirak edib. Qurultayı idarə etmək üçün Nizami Bəşirov sədr, Yusif Xıdırov isə katib seçilib. Qurultayın Rəyasət Heyətində isə akademik Heydər İmanov, Rusiya İslam Komitəsinin sədri, tanınmış politoloq Heydər Camal və "Azərros"un fəxri prezidenti Söyün Sadıxov təmsil olunublar.

Daha sonra "Azərros" prezidentliyinə namizədlər irəli sürülüb. Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov və digər diaspor üzvləri tərəfindən qurumun keçmiş prezidenti Söyün Sadıxov yenidən prezidentliyə namizədliyi təklif olunub. Qurultayın yanvarın 17-də keçirilən ilk iclasında prezidentliyə namizədliyi irəli sürülən Mehriban Abdullayeva və Yusif Xıdırov Söyün Sadıxovun xeyrinə namizədliklərini geri götürüblər. Digər namizəd Qalib Ağayev isə Söyün Sadıxova rəqib olacağını açıqlayıb. Beləliklə, "Azərros" FMMM-in prezidentliyi uğrunda iki nəfər arasında mübarizə gedib.

Qurultay iştirakçıları arasında səsvermə keçirilib. Söyün Sadıxov "Azərros" FMMM-in yeni prezidenti seçilib.

Federal Şuranın sədri vəzifəsinə Nizami Bəşirov seçilib. Rusiyanın regionlarından və Moskvadan ümumilikdə 49 nəfər Federal Şuranın üzvü seçilib.

Qurumun prezidenti seçilmiş Söyün Sadıxov çıxış edərək "Azərros" bundan sonra heç kəsin şəxsi mənafeyinə qulluq etməyəcəyini söyləyib: "Abbas Abbasovu müəyyən qüvvələr idarə edir, o, bu oyunlarda “peşka”dır. O, Azərbaycanla Rusiya arasında münasibətlərə xələl gətirməyə çalışır. Mən buna biganə qala bilməzdim".

Qurultayda çıxış edən Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov Rusiyadakı Azərbaycan diasporunun vahid olmasının, eyni məqsədə xidmət etməsinin, Azərbaycanla Rusiya arasında münasibətlərin möhkəmləndirilməsinə töhfə verməsinin vacibliyini qeyd edib.

Akademik Heydər İmanov isə çıxışında Söyün Sadıxovu təbrik edib və bundan sonra “Azərros”un daha ciddi fəaliyyət göstərməli olduğunu deyib.

Qurultayda müxtəlif regionlardan gələn diaspor üzvləri çıxış edərək, qurumun bir müddət fəaliyyətsiz qalmasından təəssüflərini ifadə edib, yeni seçilən rəhbərin təşkilatdakı problemləri həll edəcəyinə ümid etdiklərini bildiriblər.

Qurultayda Rusiya hökumətinin nümayəndəsi İqor Valerianoviç Tiunçik də iştirak edib.

Qeyd edək ki, "Azərros" FMMM-in növbədənkənar VI Qurultayının əvvəlcədən Beynəlxalq Ticarət Mərkəzində keçirilməsi elan olunsa da, qurultayın həmin ünvanda keçirilməsinə icazə verilməyib. Təşkilat Komitəsi qurultayı başqa ünvanda keçirib.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR