İşsizliyə görə müavinət alanların sayı açıqlandı
Bizi izləyin

Digər

İşsizliyə görə müavinət alanların sayı açıqlandı

Aprelin 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,1 min nəfər təşkil edib. Onların 39,2 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 254,4 manat olub.

Bakı şəhərində işsizlərin sayı 11 619 min nəfərdir. Onlardan 620 nəfəri işsizliyə görə müavinat alır. Gəncə-Qazax iqtisadi rayonunda işsizlərin sayı cəmi 1 936 nəfərdir. Onlardan 226 nəfər müavinat alır.

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2 iyul 2001-ci il tarixli Qanununa əsasən işsizlik statusuna malik olan şəxslərdən bir qismi işsizlik müavinəti alıb. Müavinətin ödənilməsi müddəti Qanunda nəzərdə tutulmuş hallardan başqa 12 aylıq dövr ərzində 26 təqvim həftəsindən çox ola bilməz.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm