Digər
ABŞ “naməlum yük” iddialarına cavab verdi
ABŞ-ın Qırğızıstandakı səfirliyi “diplomatik poçt” statusu ilə Qırğızıstana çatdırılan 152 ton naməlum yüklə bağlı mediada yayılan xəbərləri şərh edib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, səfirlik yüklərin ABŞ səfirliyinin yeni binası üçün adi materiallardan ibarət olduğunu bildirib.
Eyni zamanda Qırğızıstanın güc strukturlarında mənbə bildirib ki, ölkəyə “başqa hədəflər üçün nəzərdə tutulmuş pulu” gətirə bilərdilər. O, əlavə edib ki, “diplomatik poçt” statusu ilə gətirilən yüklər Qırğızıstan tərəfindən yoxlanılmadığı üçün ölkəyə silah da daxil olmaqla istənilən şeyi daxil etmək mümkündür.
Xatırladaq ki, şübhəli yük barədə Ukraynanın “Delo №...” nəşri yazıb. Kiyevdə Maydan hərəkatı zamanı baş verənlərlə müqayisə aparan həftəlik yazıb ki, həmin hadisələr zamanı da Birləşmiş Ştatların Kiyevdəki səfirliyi naməlum mənşəli diplomatik yük almışdı.Məlumata görə, Ukraynanın “Antonov Airlines” aviaşirkətinə məxsus “An-124” nəqliyyat təyyarəsi gətirib. İddiaya görə, Martın sonlarında Bişkekdəki “Manas” aeroportuna iki reys edilib. Təyyarə 152 ton ağırlığında naməlum yükü boşaldıb. Diplomatik yük statusu daşıdığı üçün yük yoxlamadan keçməyib. Yükü ABŞ-ın aviabazasının yerləşdiyi “Manas” aeroportundan 6 yük maşınında daşıyıblar.
Hazırda ABŞ səfirliyi Bişkekdə diplomatik missiyanın yeni binasının tikintisini aparır. Səfirliyin yeni binası hazırkı səfirlik binasının yaxınlığında yerləşəcək.
Ömər Dağlı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi