Yaraşıqlı müğənni Vüsal Hacıyev: “Qadının gözəlliyi ağzını açanda aydın olur” - FOTOLAR
Bizi izləyin

Digər

Yaraşıqlı müğənni Vüsal Hacıyev: “Qadının gözəlliyi ağzını açanda aydın olur” - FOTOLAR

Aygün Səmədzadənin bəstələrini eşidəndə onların sehrinə düşməmək mümkün deyil. Bu mahnıların ifaçılarının üslubu və səsi də fərqli olmalıdır. Gənc müğənni Vüsal Hacıyev “Gecikmiş etiraf” bəstəsini özünəməxsus tərzdə oxuyub. Onun ifası mahnını daha sevilən edib.

Beləliklə, Publika.Az-ın “Kokteyl” layihəsinin bu həftə ki qonağı Vüsal Hacıyevdir.

- Niyə o qədər də aktiv deyilsiniz və yenilikləriniz azdır?

- Aktiv olmaq üçün işləmək, işləmək üçün isə pul tələb olunur. Ona görə də, ola bilsin kənardan passiv görünürəm.

- Sənətə olan marağınız, yoxsa həvəsiniz qalmayıb?

- Musiqini hiss edirsənsə, deməli, sevirsən. Amma sənətimi o qədər də sevmirəm.

- Başqa bir işlə məşğul olursunuz, yəni başqa yerdən gəliriniz var?

- Yox, başqa işlə məşğul olmuram.

- Stilinizdə nə heç vaxt dəyişməz olaraq qalıb?

- Stilimi dəyişməyi xoşlayıram. Modern üslubu o qədər sevmirəm. Qalstuk isə stilimdə dəyişməz olaraq qalır.

- Dəblə geyinməyi xoşlayırsınız?

- Dəblə və zövqlə geyinməyə çalışıram. Amma hər dəbdə olanı da bəyənmirəm.

- Ümumiyyətlə, kişilərin dəblə ayaqlaşmasına necə baxırsınız?

- Kişilərin dəblə geyinməsinə normal baxıram, zövqlər müxtəlifdir, amma çərçivəni aşmaq olmaz. Kişi geyimi ilə deyil, əməli ilə kişi kimi davranmalıdır.

- Qadınlar kişilərdə tapmadığı təsəllini musiqidə tapa bilir?

- Musiqi ruhun qidasıdır. Kişi isə canlı varlıqdır və heç kim heç kimi əvəz edə bilməz.

- Sosial şəbəkədə çox aktivsiniz. Qızlar inboxunuzu darmadağın etmir ki?

- Deməzdim. Daha çox səhvlərimi və düzlərimi yazırlar. Amma qızlardan tərif daha çox eşidirəm. Bu isə mənə sənətdə inkişaf etməyə mane olur.

- Kimlə duet oxumaq fikriniz var?

- Hələ ki, heç kimlə.

- Heç olubmu ki, virtual eşq yaşayasınız?

- Virtual eşq mövcud deyil. Mənim üçün virtual, ya da ilk baxışdan sevgi olmur. Bu, simpatiya ola bilər. Sevgi isə kiməsə öyrəşməkdir, ondan asılı olmaqdır.

- Serial çəkilişləri necə gedir? Başqa filmlərdə çəkilmək təklifləri gəlirmi?

- Normal. Başqa filmlərdə və seriallarda çəkilməyə təklif edirlər, təəssüf ki, qonorar çox aşağıdır deyə qəbul edə bilmirəm.

- Çox bəyəndiyiniz bir xanıma hamının qarşısında “serenada” oxuyarsınızmı?

- Serenada yox, başqa ürəyimdən keçən hər hansı mahnı oxuyaram.

- Qadını nə çirkin göstərir?

- Qadını zövqsüzlüyü çirkin göstərə bilər. Amma onun gözəlliyi ağzını açanda aydın olur.

- Bəyəndiyiniz xanımda ilk nəyə fikir verirsiniz?

- Əsas danışığına və özünü aparmağına.

- Ailə qurmaq üçün sizə nə mane olur?

- Fikirlərim, düzgün seçim etməmək qorxusu və işim.

- Bir insanın öz yarını, yaxud fikrində canlandırdığı obrazı tapması çətindir?

- Əlbəttə ki, çətindir. Bəyəndiyin xanımda arzuladığın keyfiyyətlər olmaya bilər.

- Kişilər hansı qadınları heç vaxt itirmək istəməz?

- Zənnimcə, etibarlı, qayğıkeş və anlayışlı qadını heç bir kişi itirmək istəməzdi.

- Sevdiyiniz xanımın, yaxud dostunuzun keçmişi ilə maraqlanırsınız?

- Mütləq. Həyatımda olacaq insanın psixologiyasını, düşüncə və həyat tərzini bilməliyəm.

- Keçmişi qaytarmaq istədiyiniz anlar olub?

- Belə anlar kimin həyatında olmur ki... Amma həyatı geri qaytarmaq mümkün deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm