24 558 nəfər elektron ərizəsini təsdiq edib
Bizi izləyin

Digər

24 558 nəfər elektron ərizəsini təsdiq edib

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.Az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən, 2014-2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarında iştirak etmək üçün 24558 bakalavr elektron ərizəsini təsdiq edib. Bunların da 21869 nəfəri Azərbaycan, 2689 nəfəri isə rus bölməsinin payına düşür. Xatırladıq ki, magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 2-də keçiriləcək.

Bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 27-dən martın 1 dək TQDK-nın rəsmi internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqi”ni çap etməlidirlər.

İmtahana gələrkən “İmtahana buraxılış vərəqi”ni və şəxsiyyət vəsiqəsinin əslini gətirməlidirlər.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm