Yadplanetlilərin inşa etdiyi 8 tikili - İnanılmaz FAKTLAR
Bizi izləyin

Digər

Yadplanetlilərin inşa etdiyi 8 tikili - İnanılmaz FAKTLAR

Dünyanın ən qəribə 8 tikilisi

Dünyanın ən qəribə 8 tikilisi

Bəşəriyyət tarixinin böyük bir hissəsi indiki dövrə qədər naməlum olaraq qalır. Bir çox sirli bina və tikililər mövcuddur ki, onların üzərində tarixçi və arxeoloqlar artıq bir neçə əsrdir baş sındırır. Bu dəfə sizə Yer Kürəmizidə tikilən 8 ən qəribə tikilidən məlumat verəcəyik. Ehtimal olunur ki, onlar yad planetlilər tərəfindən tikilib:

1. Bedlend keşikçisi ( həmçinin, “Hindunin başı” adı ilə də tanınır), Kanada, Alberta əyaləti

9 объектов и сооружений, в происхождении которых люди подозревают инопланетян

Google Earth proqramında koordinatları 500’38.20 şimal en, 1106’48.32 qərb uzunluq dairəsinə gətirsəniz, sanki audiopleyerin qulaqlıqlığını geymiş nəhəng hindunun başını rahatlıqla görə bilərsiniz.

Belə nəhəng geomorfoloji törəmə heç bir insan əli dəymədən düzəlib. “Qulaqlıq” isə burada son zamanlar istifadəyə verilmiş neft quyusudur. Hindu başı 2006-cı ildə Google Earth proqramından istifadə edən Linn Hikoks tərəfindən aşkarlanıb.

2. Naska xətləri (yaranma tarixi-bizim eradan əvvəl 650-400-cü illər), Naska yaylası, Perunun cənub hissəsi.

9 объектов и сооружений, в происхождении которых люди подозревают инопланетян

Rəsmlərdə bir çox heyvanlar o cümlədən də, akula, kərtənkələ, qaranquş, kolibri, meymun və digər heyvanlar da təsvir olunub. Yadplanetilərin axtarışı ilə məşğul olan yazıçı Erix fon Deniken güman edir ki, Naska yaylasındakı xətlər qədim aerodrom rolunu oynamaqla yanaşı “qonaqlar”-ı qarşılamaq üçün bir vasitə olub.

Onun sözlərinə görə, lap qədim dövrlərdə yadplanetlilər Naska yaylasına gələrkən onların hava gəmisi yaylanı bütün daşlardan “təmizləyib”. Bunu görən sakinlər isə onları göydən düşmüş tanrı biliblər. Sonra “qonaqlar” öz vətənlərinə geri dönüb, lakin insanlar yerdə müxtəlif simbol və heyvan şəkillərini təsvir etməklə onları yenidən “dəvət etmək istəyib”.

3. Xeops ehramı, Qahirə yaxınlığı, Misir.

9 объектов и сооружений, в происхождении которых люди подозревают инопланетян

Misir ehramlarına bəşəriyyət tarixinin ən sirli tikilisi desək yəqin yanılmarıq. Tikilməsindən min illər keçməsinə baxmayaraq, ehramlar haqqında çoxsaylı əfsanə və fərziyyələr irəli sürülüb. Onlardan biri də ehramların tikilişində yadplanetlilərin misirlilərə kömək etmək fərziyyəsi olub.

9 объектов и сооружений, в происхождении которых люди подозревают инопланетян

Həqiqətən də, bir sıra maraqlı faktlar bu nəzəriyyəni sübuta yetirə bilər. Məsələn, yay vaxtı doğulan günəş iki Xeops ehramı arasında olur. Bu planı qurmaq üçün misirlilər ilin 365,25 gündən ibarət olduğunu və təqvimi mükəmməl bilməli idilər.

Bundan əlavə, digər ehramlar dağıldığı halda, Xeops ehramının heç bir zərər görməməsi naməlum olaraq qalır.

Çoxsaylı nəzəriyyələrə baxmayaraq hələ də ehramların tikilişində istifadə olunan daşların necə qaldırılmasının sirri açılmayıb. Çünki bu daşların qaldırılması üçün təkər icad olunmalı idi və o zaman icad olunmamışdı.

9 объектов и сооружений, в происхождении которых люди подозревают инопланетян

Bəzi alimlər ehramlar və səma xəritəsi arasındakı əlaqənin mövcud olduğunu deyir. Xeops kompleksi qədim misirlilərin baş tanrısı olan Osirisi əks etdirən Orion bürcündəki üç iri ulduza bənzəyir. Bəziləri isə əmin edir ki, Nil çayı Süd Yolu qalaktikasına uyğun gəlir və ehramları tikərkən sardabələr müəyyən sxem üzrə tikilib. Lakin bunun üçün misirlilərə astronomik ləvazimatlar lazım idi ki, o vaxtı bu ləvazimatlar hardan ola bilərdi? Bu suallara cavab yoxdur. Ehramlar hələ də öz sirlərini qoruyub saxlayır.

4. Dərinquyu yeraltı şəhər , Türkiyə.

9 объектов и сооружений, в происхождении которых люди подозревают инопланетян

20 minlik insan üçün nəzərdə tutulmuş nəhəng yeraltı tikililərdə yaşayış üçün hər şey var: arxeoloqlar ərzaq mağazası, şərab dükanının qalıqlarını, tövlə, məktəb, su kəməri və digərlərini aşkar edib.

Ən geniş yayılmış versiyaya əsasən Dərinquyu bizim eradan əvvəl 1-ci minillikdə tikilib, lakin digərləri güman edir ki, şəhər insanları regionda qlobal fəlakətlərdən qorunmaq üçün daha əvvəl layihələşdirilib.

Hətta yeraltı keçidlərdə hündürlüyü 1-1,5 metr, çəkisi isə yarım ton olan daş qapılar mövcuddur, bu da onu göstərir ki, inşaatçılar əhalinin təhlükəsizliyini ciddi surətdə qoruyub.

9 объектов и сооружений, в происхождении которых люди подозревают инопланетян

Şəhər keçən əsrin 1960-cı ilində aşkar edilib və arxeoloqlar 85 metr dərinliyə kimi çatıb. Axtarışlar hələ də davam etdirilir.

5. Böyük şəhər Teotiuakan (astek dilində “İnsanların allah olduğu yer” mənasını verir), Mexiko yaxınlığında, Meksika.

9 объектов и сооружений, в происхождении которых люди подозревают инопланетян

Teotiuakan-Yer Kürəsinin ən qədim şəhərlərindən biri hesab olunur və 15-ci əsrdə astek tayfalarının bura gəlməsindən min il əvvəl Qərb yarımkürəsinin ən iri məskunlaşma məntəqəsi olub.

9 объектов и сооружений, в происхождении которых люди подозревают инопланетян

İri şəhərin tikintisində əli olanlar toltek, mayya, sapotek və mikstek tayfalarıdır. Lakin bir çox tədqiqataçılar iddia edir ki, Xeops ehramının müəllifi kimi, Teotiuakanın inşaatçıları da güclü riyaziyyat və astronomik biliyə malik olublar.

Erix fon Deniken yenə də hesab edir ki, buradakı tikintilər yadplanetlilərin köməyi olmadan inşa edilə bilməz. Daha dəqiq desək, insanların buralarda məskunlaşmasına qədər binaları məhz onlar tikiblər.

9 объектов и сооружений, в происхождении которых люди подозревают инопланетян

Maraqlıdır ki, mineroloji analizlər nəticəsində məlum olub ki, tikintidə slyuda mineralından geniş istifadə olunub. Onu isə indiki Braziliya ərazisindən 4,8 km uzaqlıqdan gətirirdilər. Slyuda mineralı günəş şüalarına, nəmişliyə, elektrik və yüksək temperatura davamlıdır. Lakin binaları nəyə görə belə möhkəm tikmələri məlum deyil .

6. Saksayuaman, Kusko şəhərinin ətrafı, Peru

9 объектов и сооружений, в происхождении которых люди подозревают инопланетян

İnk İmperiyasının keçmiş paytaxtı hərəsi 360 ton olan iri və heyrətamiz qayalardan tikilib. Alimləri çaşbaş salan o faktdır ki, inklərin bu “kərpiclər”dən tikintidə necə istifadə etmələri olub. Çünki belə süxurlar Saksayuaman şəhərindən 35 km uzaqlıqda yerləşir.

7. Baalbekdəki Triliton, Livan

9 объектов и сооружений, в происхождении которых люди подозревают инопланетян

Qədim Livan şəhərlərində Roma allahlarına (region bir vaxtlar Roma İmperiyasının bir hissəsi olub) həsr edilmiş bir çox memarlıq abidələrinin qalıqları qalmaqdadır. Onlardan ən məşhuru isə Yupiterin böyük məbədidir. Onun tikintisində istifadə olunan 3 daşın hərəsinin çəkisi 800 ton təşkil edir (Triliton adı yunan dilindən “Üç daşın möcüzəsi” kimi tərcümə olunur).

8. Stounhenç, Uiltşir qraflığı, İngiltərə

9 объектов и сооружений, в происхождении которых люди подозревают инопланетян

Eramızdan əvvəl 3000-2000-ci illərdə tikilmiş dünyanın ən sirli tikililərdin biri. Alimlər hələdə bunun ya məbəd, ya qəbiristanlıq, ya da qədim rəsədxana olması haqqında mübahisə aparır.

Dik dayanmış daşların hərəsi 50 ton təşkil edir və ən yaxın daş karxanası Stounhençdən 160 km uzaqlıqda yerləşir. Buna görə də, tədqiqatçılar güman edir ki, daşları rəqs etməyə (qal dilində “Stonehenge” “asılmış” və ya “rəqs edən daşlar” kimi tərcümə olunur) yalnız yadplanetlilər vadar edə bilərdi.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm