Bu mahnıya görə Ərdoğanı məhkəməyə verirlər - VİDEO
Bizi izləyin

Digər

Bu mahnıya görə Ərdoğanı məhkəməyə verirlər - VİDEO



AKP bələdiyyə seçkilərində təşkil edəcəyi seçki kampaniyası üçün seçdiyi Qafqaz mahnısı üzündən çətinliklə qarşılaşıb. Belə ki, seçki kampaniyası üçün seçilən noğaylara aid olan və dombra ( tənbur ) üstündə ifa olunan mahnının nəqarət hissəsi AKP lideri Rəcəp Tayyip Ərdoğana uyğun olaraq,
 

 

"Göründüyü kimi olan,
Gücünü millətdən alan,
Rəcəp Təyyib Ərdoğan"
"Məzlumlara sirdaş olan,
Qəriblərə yoldaş olan,
Rəcəp Tayyip Ərdoğan"

kimi dəyişdirilib (http://publika.az/p/7412 ).
 

 

Publika.Az türk mediasına istinadən xəbər ki, dombranın müəllifi sayılan Aslanbek Sultanbekov AKp-ni məhkəmə verəcəyini bildirib.

 

"Tayyip bəy bu gün var, sabah yoxdur, amma dombra xalq mahnısıdır. Vəkillərimlə görüşüb lazım olanı edəcəcəm"-deyə o, qeyd edib.

 

A. Sultanbekovun bu addımı atması MHP-nin də marağına uyğundur. Çünki AKP-nin seçki mahnısını millətçi kimi tanınan Uğur İşılak ifa edəcək. Bunu Ərdoğanın millətçilərin könlünü almaq məqsədilə etdiyi iddia olunur.
Dünən MHP lideri A. Sultanbekovu qəbul etməsi isə dombra üstündə AKP-MHP mübarizəsinin başlanğıcına işarə edir.

 

Qeyd edək ki, tənbur qədim türk xalqlarının aləti olmaqla yanaşı, bu gün Azərbaycanın Balakən-Zaqatala bölgəsində hələ də qorunub saxlanılır-həm də qıpçaq xalqlarında olduğu kimim dombur-dombra adı ilə.

 

Asif

 

 

Oxumağa davam et
Reklam
Reklam

Gündəm