Azərbaycanda doğulmuş erməni Ukraynanın Daxili İşlər naziri təyin edildi
Bizi izləyin

Digər

Azərbaycanda doğulmuş erməni Ukraynanın Daxili İşlər naziri təyin edildi

Azərbaycanda doğulmuş erməni Ukraynanın daxili işlər naziri təyin edildi

Ukrayna Ali Radası daxili işlər naziri vəzifəsinə müxalifətçi “Batkivşina” partiyasının nümayəndəsi, Bakı ermənisi Arsen Avakovu təyin edib.

ANS PRESS-in məlumatına görə, 1964-cü il yanvarın 2-də Bakının Kirov (indiki Rəsulzadə) qəsəbəsində doğulmuş Arsen Borisoviç Avakov 1966-cı ildən Xarkovda yaşayır. Xarkov Politexnik İnstitutunu bitirib.


2005-ci ildə Xarkovun vilayət başçısı təyin edilib. 2010-cu ildə işdən çıxarılıb, həmin vaxtdan İtaliyada yaşayır. 2012-ci ildə haqqında cinayət işi qaldırılıb və beynəlxalq axtarış elan edilib.

Şəbəkədə gizli kamera ilə çəkilmiş videoda onun homoseksual olması barədə danışılır. Yazıda keçmiş siyasətçilərdən biri Aleksandr Kirş öz mənzilində homoseksual sevgilisi Maksimlə söhbət edir. Maksim qubernator Arsen Avakovla tanışlıq saytlarının birinin vasitəsi ilə tanış olduğunu söyləyir.

Onun sözlərinə görə, əvvəlcə Avakovu biseksual sayıb, amma daha sonra keçmiş qubernatorun homoseksual olduğu üzə çıxıb. Arsen Avakov isə siyasi düşmənlərinin bu cür videolarla onu gözdən saldıqlarını bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm