O gün fevralın 26-sı idi
Bizi izləyin

Digər

O gün fevralın 26-sı idi

O GÜN FEVRALIN 26-SI İDİ

Tarix bir gün içində Yer üzündən silinən şəhərləri az görməyib. Bütün imperiyaların qanlı siyasətindən günahsız xalqlar, müxtəlif millətlər əziyyət çəkib.

Tarix kimləri qala qapısından keçirməyib:hunlar, romalılar, monqollar... lap yaxın keçmişdə alman faşistləri. Lakin heç bir xalq hansısa bir ayın gəlməsi ilə ruhundakı üşütməni, canındakı sızıltını, baxışındakı buzu, bir də başına gətirilənlərə görə keçirdiyi xəcalət hissini azərbaycanlılar qədər hiss etmirlər. Azərbaycanda Fevral buzlaq ayıdır – ora düşən vəhşətdən donub qalır. Üstündə al lalələr açan buzlaq ayı...

O gün Xocalıda dağları duman almadı... O gün o dağlara qada gəldi, dağı-daşı qan aldı. Qan qoxusunu sevmir duman.
Xocalının acınacaqlı taleyi, bəlkə də,şəhərə yanvar ayında elektrik enerjisinin verilməsi dayandırılanda həll edilmişdi. Kor taleyinin işığı onda söndürülmüşdü.
O gün şahidi olduqlarından sarsılan uca göylər qara geydi. Ağ kürkündə büzüşüb yumağa dönən ana torpaqsa, sinəsini oyuq-oyuq edən mərmilərə, güllələrə yox,körpə, qoca , qadın qanından göllənən güllərə ağlayırdı.
...o gün fevralın 26-sı idi. Həmvətənləri tərəfindən ölümə təslim edilmiş 2500 nəfərlik Xocalı şəhərinin düşmən qarşısında əliyalın tab gətirdiyi sonuncu gün idi.

Vəhşi Artsaxın Milli Azadlıq Ordusunun və rusların 366-cı motoatıcı alayının əmrə tabe olmayan əsgərlərinin artilleriya və silahlı basqını ilə meşələrə səpələnən, xain düşmənin qəhqəhələri qədər zəhərli güllələri ilə qətliama məruz qalan nakam Xocalılar... 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər adı siyahıya düşən Xocalı şəhidi dağlara dağ çəkdi o gün. 8 ailə bütün üzvləri ilə məhv edildi. “Adı siyahıya düşən” dedim, çünki erməni mənbələri, qurbanların sayının daha çox olduğunu göstərirlər.

Erməni tarixində bu soyqırım “Xocalı döyüşü” adlandırılır. Qarabağ hadisələrinin iştirakçışı, millətçi ermənilərinən çox sevdiyi ideoloqlarından biri yazıçı – şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır:

"Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Başqa bir müəllif, hazirda Livandaməskunlaşmış yazıçı-jurnalist David Xerdiyan isə Xocalıda ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır:

"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim".

Bu yazılanları oxumaq, onların baş verdiyini təsəvvürdəcanlandırmaq, acı qəhəri və göz yaşlarını boğmaq çətindir. Amma burda erməni müəlliflərin dolayısı ilə qətliam törətdiklərini danmadıqlarını, bir vaxt bunula qürurlandıqlarını diqqətə çəkmək istədik.

150 nəfəri itkin düşən Xocalı sakinlərininin 1275 nəfərinin əsir düşdüyü faktı təsdiqlənib. Bir çox dünya ölkələri Xocalı qətliamını Soyqırım aktı kimi tanıyıblar. Əsirlikdə Xocalı əsirlərinə qarşı edilən işgəncə və vəhşiliklər də təsdiq olunub. Təsdiqlənməyən bir fakt da var. “Millətçi erməni yaraqlıları təcavüzə məruz qoyduqları əsir düşən azərbaycanlı qız - gəlinlərdən dünyaya gələn uşaqları Azərbaycana qarşı qəddar ruhda tərbiyə edərək onlardan “Vəhşi Azərbaycan” adlanan batalyon yaradıblar... Batalyon Azərbaycana qarşı hərbi əməliyyatlarda istifadə edilir...” - susuram. Güclü xəcalət hissi mühakimə qabiliyyətini kütləşdirir.

O gün – fevralın 26-sı, müharibənin yazılmamış qanunları dağları çənsiz, dumansız - pərdəsiz, arsız qoydu.Əgər şəhərləri obrazlı canlandırsaq, Xocalı –Qadın obrazında olardı, heç şübhəsiz. (bəlkə buna görə Azərbaycanda Xocalı şəhidlərinin xarirəsini əbədiləşdirən abidə qadın timsalındadır.) Adi qadın yox, saçı əllərdə qalan, bədəni yerlə sürüklənən, namusu ayaqlar altında qalan Qadın. O qadın ki, balası, qardaşı, əri, valideyni gözünün qabağında süngüyə keçirildi... O qadın ki, balasının, ərinin, qardaşının, valideyninin gözü qarşısında qızılgül misalı təni ləçək-ləçək yolundu..
O gün – fevralın 26-da Azərbaycan qadını namusdan, Azərbaycan kişisi qeyrətdən olundu.
O gün – fevralın 26-da“Şərəf”ini baş taçı bilən Azərbaycan xalqına “Şərəf”i baş daşı edildi.
O gündən- fevralın 26-dan sonra Xocalıda Lalələr fevralda açır.

Böyük islam sossioloqu İbn Xəldun yazırdı ki, “İnsanların günahı savabı olduğu kimi, millətlərin də, ölkələrin də günahı və savabı mütləqə vardır”. Bu gün dünyanın müxtəlif ölkələrində azad fikirli insanların həyata keçirdiyi “Xocaliya ədalət” aksiyalarına baxanda, inanmaq istəyirsən ki, Azərbaycan xalqına qarşı törədilmiş bu faciə tarixin qaranlıq künclərində ört basdır edilməyəcək. Nə vaxtsa,sazağı içimizi kəsən Fevral buzlağı ilıq baharla əvəzlənəcək. Bunun üçünsə, Xocalını mövsümdən mövsümə deyil, hər gün xatırlamalıyıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm