İsrailin "Birinci radio"sunda Xocalı qətliamı ilə bağlı şərh
Bizi izləyin

Digər

İsrailin "Birinci radio"sunda Xocalı qətliamı ilə bağlı şərh

İsrailin “Birinci radio” radiostansiyasının israillilər arasında məşhur olan “Günün detalları” verilişində Xocalı qətliamı ilə bağlı tarixi və siyasi şərh verilib.

İsrailin “Birinci radio” radiostansiyasının israillilər arasında məşhur olan “Günün detalları” verilişində Xocalı qətliamı ilə bağlı tarixi və siyasi şərh verilib.

Publika.Az-ın verdiyi xəbərə görə, İsrail radiosunun aparıcısı Mark Kriçevskinin Xocalı qətlimı ilə bağlı suallarını cavablandıran beynəlxalq münasibətlər sahəsində ekspert, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası idarə heyətinin üzvü Arye Qut bildirib ki, misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. “ Bir gün öncə, Tel-Əvivdə Şimon Peresin Sülh Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının və Heydər Əliyev Fondunun dəstəyi ilə və “Azərbaycan–İsrail” Beynəlxalq Assosiasiyasının (Azİz) təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş “Xocalıya Ədalət!” adlı sənədli fotosərgi və Anma mərasimi keçirilib."

Qutun sözlərinə görə "Xocalıya Ədalət!” adlı sənədli fotosərgidə İsrailin daxili işlər nazirinin müavini, parlament üzvü Faina Kirşenbaum, parlamentin Diaspor və Absorbsiya Komissiyasının sədri Yoel Razvozov, parlamentin xarici işlər və təhlükəsizlik komissiyanın üzvü, general Fuad Binyamin Ben Eliezer, deputat Rina Frenkel ziyarət edib .Xüsusi olaraq İsrailə bu anım mərasimində iştirak etmək üçün Azərbaycan Milli Məclisinin deputatı cənab Fuad Muradov səfər edib.

"Bu fotosərgidə nümayiş etdirilən sənədli şəkillər dəhşətli dərəcədə, dözülməz səhnələr Azərbaycan xalqının ürəyində sağalmaz bir yara açıb. Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri – Xocalı şəhəri cəmi bir gecə ərzində yerlə-yeksan edilərək yandırılıb. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmayan heç bir günahsız Xocalı sakininə aman verməyib. Erməni silahlı birləşmələrin yırtıcılığı nəticəsində 613 adam qətlə yetirilmiş, 487 adam əlil olmuş, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıblar”.

Xocalı qətliamının səbəbkarları və günahkarları haqqında suallara cavab verən Arye Qut deyib ki, dünya bu cinayətin təkcə Azərbaycan xalqına deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldiyini bilməlidir. “ Faktlar təsdiq edir ki, Xocalı şəhərinin mülki əhalisinin düşünülmüş şəkildə qətlə yetirilməsi bu insanlara yalnız azərbaycanlı olduqlarına görə kütləvi divan tutmaq məqsədi daşıyıb. Bu gün Ermənistanda yüksək vəzifə tutan Seyran Ohanyan, Serj Sarkisyan, sabiq prezident Robert Koçaryan və başqaları Xocalı soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər-" Qut qeyd edib.

A. Qutun sözlərinə görə, cinayət cəzasız qalmamalıdır. "Dünya ictimaiyyəti hərbi-siyasi təcavüzə görə Ermənistana qarşı ittiham irəli sürməlidir. Beynəlxalq qurumlar, dünya ölkələrinin parlamentləri Ermənistanın Azərbaycan ərazisində törətdiyi Xocalı soyqırımına əsl soyqırımı kimi beynəlxalq hüquqi-siyasi qiymət verməlidir”.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm