Bu sivilizasiyalar bir gecədə yer üzündən silindilər - SƏBƏB?
Bizi izləyin

Digər

Bu sivilizasiyalar bir gecədə yer üzündən silindilər - SƏBƏB?

 10. Olmeklər

 

olmec-civilization-disappeared

 

Olmeklər Amerika qitəsinin sakinləri olub Meksikanın mərkəzi tropik təpələrində yaşayardılar. Onlar təqribən e.ə. 1400-cü ildə yaşayıblar. Nə dildə danışdıqları məlum deyil, yazılarını isə hələki oxumaq mümkün olmayıb. Tayfanın adı asteklərin tarixi xronologiyasında qeyd olunur.

1862-cu ildə şəkər plantasiyalarının birindən çox qəribə heykəltəraşlıq nümunəsi aşkar edilir. Bu, daşdan düzəldilmiş "afrikalının" başı idi. Sənət əsəri bu vaxta qədər tapılanlardan çox fərqliydi. Bu haqda kitab yazmış Melqar qeyd edirdi: "Mən tamamilə əminəm ki, qara dərililər bu yerlərdə az olmayıb və bu dünya yaranandan belədir. Lakin bu fərziyyə inkişaf etdirilmədi.

"Olmek" asteklərin dilində "kauçuk ölkəsinin sakinləri" deməkdir. Hinduların əfsanələrinə inansaq, o zaman olmeklər Meksika körfəzində yaşayan Mərkəzi Amerikanın ilk sivilizasiyalı xalqlarıdır.

 

Onlar hara gediblər?

 

Eramızdan əvvəl 400-cü ildə olmeklərin torpaqları adamsızlaşmağa başladı. Güman olunur ki, səbəb iqlim dəyişikliyi olub. Ola bilər ki, əhali ərazidəki vulkanın aktivləşməsi nəticəsində oranı tərk etməyə məcbur olub. Ən məşhur nəzəriyyə isə ondan ibarətdir ki, olmeklər digər tayfalar tərəfindən işğal olunub. Lakin işğalçıların hansı tayfa olduğu məlum deyil.

 

  9. Nəbatilər

 

petra-civilization-disappeared

 

Sami ailəsinin bir üzvü olan nəbatilər e.ə. 6-cı əsrdə İordaniya və Ərəbistanın bir hissəsində yaşayıblar. Nəbatilər dünyada paytaxtı Petra şəhərinin qurucuları kimi tanınırlar. Heyrətamiz Petra şəhəri qayalıqda yonulmaqla salınıb. Ticarət yolunun üzərində yerləşdiyi üçün nəbatilər Ellin Yunan mədəniyyəti, Roma, Ərəbistan, Assuriyanın təsirindən yararlanıb. O dövr mövcud olan digər cəmiyyətlərdən fərqli olaraq nəbatilərdə quldarlıq yox idi. Bir çox filmlər Petra şəhərində çəkilib ("İndiana Cons", "Transformerlər", Ərəb gecələri"). Şəhərlə bağlı bir sıra mahnı və kitablar yazılıb.

 

Eramızdan əvvəl 4-cü əsrdə nəbatilər Petra şəhərini tərk edir və səbəbi indiyədək məlum deyil . Bəzi ehtimallara əsasən ticarət yolları dəyişdikdən sonra sakinlər artıq Petrada qalmağın əsassız olduğunu düşünüblər.

 

  8. Aksum İmperiyası

 

aksumite-empire-civilization-disappeared

 

Aksum İmperiyası eramızın birinci əsrində indiki Efiopiya ərazisində yaranıb və Səba məlikəsinin vətəni hesab olunur. O, Səba İmperiyasının hökmdarı hesab olunur. Lakin  Müasir arxeologiyaya görə, bu krallığın mövcudluğu mübahisəlidir. Kitabı Müqəddəsdə kraliça haqqında söhbət açılmır. Nəml surəsinin 22-44-cü ayələrində Səba məlikəsi haqında söhbət gedir. Quranda məlikənin adı çəkilməsə də ərəb mənbələrində o, "Bəlqis" olaraq adlandırılır. Aksum dövlətinin əsas məşğuliyyəti ticarət olub. Çarlar və zadəganlar üçün ucaldılmış qəbirüstü sütunlar Aksum İmperiyasını  dünyada tanıdıb. Aksum padşahları əvvəlcə səba sonradan isə yunan və efiop dillərindən istifadə edib.

 

Yerli əfsanələrinə əsasən, Yodit adında İvrit Kraliçası Aksum İmperiyasını məğlubiyyətə uğradaraq kilsə və ədəbiyyatlarını məhv edib.

 

  7. Mikenalılar

 

mycenaean-empire-civilization-disappeared

 

Mikenalılar e.ə. 1600-cü ildə cənubi Yunanıstanda Minoyan sivilizasiyasından yaranıb. Troya Müharibələri zamanı Yunan ordusuna başçılıq edən Çar Aqamemnon haqqında əfsanələr da daxil olmaqla mikenanılar ətrafında bir çox əsatirlər mövcuddur. 

 

Onların nəyə görə məhv olması məlum deyil lakin ehtimal olunur ki, kəndlilər və hakim təbəqələr Mikena dövlətinin süqutuna səbəb olub. Digər fərziyyələr kimi ticarət yollarının dəyişməsi və zəlzələ də göstərilir. Lakin ən inandırıcı fərziyyə şimaldan Dori tayfalarının (Mikenadan sonra onların ərazisində məskunlaşıb) və ya Dəniz Adamları (Balkanlardan Orta Şərqə köç edən xalqlar) tərəfindən işğal olunmasıdır.

 

   6. Kxmer İmperiyası

 

khmer-empire-civilization-disappeared

 

Eramızın 9-cu əsrində Kamboca ərazisində yaranan Kxmer İmperiyası indiki Cənub Şərqi Asiyanın ən güclü krallığı olub. İmperiya paytaxtı olan məşhur Anqkor şəhərinin qurucusu kimi dünyada tanınır. Kxmer İmperiyasında Hinduizm, Buddizm dinləri hökm sürürdü. 

 

Kxmer İmperiyasının çökməsi bir sıra səbəblərdən ola bilər. İmperiyanı allah kimi göstərilən kral idarə edirdi. Buddizm dini maarifçiliyi təmsil edirdi və bu səbəbdən kralın yemi üçün işləmək istəyi getdikcə aşağı düşürdü. Digər fərziyyədə qeyd olunur ki, Angkor şəhəri Ayutiya dövləti tərəfindən məhv edilib.

 

   5. Tripol mədəniyyəti

 

cucuteni-tryptilliankhmer-empire-civilization-disappeared

 

Rumıniyada Kukuten, Ukraynada Trifilian, Rusiyada isə Tripol mədəniyyəti kimi tanınıb. Dunay-Dnepr bölgəsində məskunlaşan xalq e.ə. 5500-2750-ci illərdə yaranıb.  Bu mədəniyyətin sirli tərəfi ondan ibarətdir ki, hər 60-80 ildən bir onlar yaşayış yerlərini tamamilə yandıraraq yenidən əvvəlki məkanlarına qayıdırlar. Tripol mədəniyyətində anaxaqanlığı hökm sürürdü.

 

Tripol mədəniyyətinin məhvi haqqında bir çox fərziyyələr irəli sürülüb, lakin onların Kurqan mədəniyyəti tərəfindən işğalı fikri daha geniş yayılıb. Arxeoloji araşdırmalar nəticəsində onların kəskin iqlim dəyişikliyindən əsas da, Avropada hökm sürən quraqlıqdan çəkdikləri məlum olub.

 

   4. Klovis mədəniyyəti

 

clovis-civilization-disappeared

 

Yerli Amerika xalqlarının buraya gəlişinə qədər e.ə 10 000-ci illərdə Klovis mədəniyyəti hökm sürüb. Şimali Amerikanın cənub və mərkəzi düzənliklərində yaşayan xalq çaxmaq daşını sivri formada düzəltməsi ilə məşhurdur. Onlar mamont, bizon, maral və dovşan ovu üçün nizə hazırlayırdılar. Klovis xalqı Yeni Dünyanın ilk sakinləri və o cümlədən də, Cənub və Şimal Amerika yerli əhalisinin əcdadları hesab olunur. Bəzi alimlər hesab edir ki, onlar buz dövründə Berinq körfəzini keçərək Sibirdən Alyaskaya  keçib və sonradan da isti iqlim şəraitində cənuba doğru irəliləyiblər.

 

Klovis mədəniyyətinin qeyb olması barədə çoxlu  nəzəriyyələr var. Bəziləri ehtimal edir ki, bitki örtüyünün azalmasına görə, digər mədəniyyətlə qaynayıb qarışıb. Lakin başqa bir fərziyyədə göstərilir ki, əsas yemləri olan mamontların nəslinin kəsilməsi Klovis mədəniyyətini də məhv edib. Sonuncu fərziyyədə ehtimal olunur ki, Böyük Göllər ətrafına düşən kometa Klovis mədəniyyətindən də yan keçməyib. 2013-cü ildə kometa düşməsi fərziyyəsi yenidən təsdiqləndi.

 

   3. Minoyanlar

 

minaons-civilization-disappeared

 

Çar Minosun adından götürülən Minoyanlar indiki Krit adasında eramızdan əvvəl  3000-1000-ci illər aralığında yaşayıb. Yunan əfsanəsinə görə, Minoya Krit Öküzü və onun labirintdə yaşayan və hər kəsi öldürən yarı insan yarı öküz olan oğlu Minotavrın vətəni idi. Əslində, Minoyanlar Avropanın ilk sivilizasiyası hesab olunur. Hətta, Mikena mədəniyyəti Minyon mədəniyyətinin varisidir. Onlar dəniz qulduru, dəniz ticarəti ilə məşğul olublar.

 

Bir çox alimlər hesab edir ki, Minoyanlar Tera (indiki Santorini) adasında baş vermiş vulkan püskürməsi zamanı məhv olublar. Lakin vulkandan sağ qalanların olmasını göstərən dəlillər də var. Ancaq fəlakətdən sonra bitki və heyvanlar məhv olduğundan aclıq və iqtisadi çətinlikləri yaranıb. Həmçinin, onların  bu zaman mikenalılar tərəfindən işğal olunduğu da istisna edilmir.

 

   2. Anasazi

 

anasazi-civilization-disappeared

 

Anasazilər və ya puebloluların əcadadı adlandırılan xalq Amerikanın ilk sakinləri olub e.ə 1200-cü ildə ABŞ-ın Dörd Künc (Yeni Mexiko, Arizona, Colorado, Yutah ştataları) deyilən ərazisində yaşayıb. Onlar qayalıqları yonmaqla Mesa Verde kimi məşhur yaşayış yerlərinin əsasını qoyublar. Qazıntılar zamanı bir çox sümüklər aşkarlanıb və bu xalqlarda kannibalizm meyillərinin güclü olması ehtimal olunur.

 

Eramızın 1300-cü illərində qədimi Pueblo xalqı qayalı yaşayış evlərini tərk edərək ətrafa yayıldılar. Alimlər hesab edir ki, insanların sayının artması, kasıb kənd təsərrüfatı, quraqlıq qida istehsal etməyi çətinləşdirirdi.

 

  1. İnd Vadisi mədəniyyəti

indus-valley-civilization-disappeared

 

Pakistan və qərbi Hindistanda İnd çayı vadisində yerləşən qədim mədəniyyət ocağı. Bəzən Harappo mədəniyyəti də deyilir. Mədəniyyət e.ə 3300-1300-cü illərdə çiçəklənməsinə baxmayaraq, e.ə 7000-ci illərdə yaranması ehtimal olunur. Harappo mədəniyyəti haqqında çox şey məlum deyil, çünki onların dili indiyədək oxunmayıb. Onlar Harappa, Mohenco-daro kimi şəhərlərin əsasını qoyub və hər bir yaşayış yerinin özünün su sistemi, tualeti olub. Onlarda heç bir sosial təbəqənin olmaması haqqında sübutlar var. Həmçinin, sübut olunub ki, onlarda hərbi sistem olmadığı üçün sülh şəraitində yaşayıblar. Bu mədəniyyət sahibləri mahir astronom olub və kənd təsərrüfatı ilə məşğul olublar. 

 

İnd Vadisi mədəniyyətinin sonrakı tarixi haqqında bir çox fərziyyələr mövcuddur. Bəziləri hesab edir ki, mühitin dəyişməsi və Ghaqqar-Hakra çay sisteminin suyunun azalması nəticəsində xalq ərazini tərk edib. Lakin məşhur fərziyyəyə görə, onlar bizim eradan əvvəl 1500-cü ildə Ari tayfaları tərəfindən işğal olunub.

 

Camalə

 

 

Oxumağa davam et
Reklam
Reklam

Gündəm