Klounlardan və liftdən qorxan Biber - FOTOLAR
Bizi izləyin

Digər

Klounlardan və liftdən qorxan Biber - FOTOLAR

“33” lahiyəsində növbəti qonağımız 110 milyon dollarlıq sərvəti ilə dünyanın ən varlı iki gəncindən biri, mahnılarından çox qalmaqalları və həbsləri ilə gündəmə gələn, yeniyetmə qızların sevimlisi, yeniyetmə oğlanların nifrət obyekti Castin Biberdir.

Justin Bieber: 19 yaş, müğənni, bəstəkar, aktyor, 14 yaşından böyük səhnə ilə tanış olan və şöhrətin yükünü yetərincə daşımağa müvəffəq olan kanadalı pop-ulduz.

“Mən milyonda bir insanın sahib olduğu uğuru qazanmışam, şanslı olduğumu bilirəm. Ancaq mən həmişə adi oğlanam. Hələ də konsertlərim zamanı milyonlarla insanı qarşımda görəndə təəccüblənirəm. Belə anlarda öz-özümə tez-tez “Sən Castinsən. Ulduz filan yox, sadəcə, Castinsən” deyə təkrarlayıram”

Martın 1-də Castin 20 yaşını qeyd edəcək

Bütöv adı Castin Dryu Biberdir

Ləqəbləri çoxdur, ancaq ən sevdikləri Cibibs, Bibs, Bibi və Cidir

Atası Castin doğulmamış onları atıb gedib.

Anasının gözəl səsi olub, atası isə gitarada professional ifa edib.

2 yaşında barabanda çalmağı öyrənib.

Castin solaxaydır.

12 yaşında “So sick” mahnısı ilə Stratforddakı vokal yarışmasında ikinci yeri tutub. Anası yarışma zamanı çıxışına dostları və qohumları baxsın deyə Youtube-a yükləyib. Məhz bu videoları izləyən Skuter Braun Castini kəşf edib.

Castinə virtuoz demək olar. O, gitara, fortepiano və zərb alətlərində ifa etməyi bacarır və bunu özü öyrənib.

Qızlar ona gözləri ilə bağlı kompliment deyəndə sevinir.

Castin klaustrofobiyadan əziyyət çəkir. Yəni qapalı yerlərdə qalmaqdan qorxur. Castinin bu fobiyaya tutulmasına səbəb 6-cı sinifdə onu 3 saat şkafda saxlamaları olub.

İngilis dili ilə yanaşı, Biber fransızca təmiz danışa bilir.

Uşaq yaşlarında Beyonsu sevib. Ən böyük arzusu nə vaxtsa Beyonsla duet oxumaqdır.

İlk albomu “My World 2.0”da yer alan “Baby” hiti ona düşya şöhrəti gətirib.

Darıxanda Castin Youtube-dakı gülməli videolara baxmağı sevir.

İlk dəfə 13 yaşında öpüşən Castin Müqəddəs Valentin günündə evlənmək istədiyini gizlətmir.

Bir şey almazdan əvvəl həmişə anası ilə məsləhətləşir.

Sevimli fəsli yaydır. Castin isti havaları və çimərliyi sevir.

Qızlarda ilk fikir verdiyi şey gözləri və ətiridir.

Baby mahnısına çəkdiyi klip PSY-ın “Gangnam style” mahnısı çıxana qədər ən çox izlənən video çarx titulunu qoruya bilib.

Castin klounlardan qorxur.

Fastfoodları və xüsusən də “McDonalds”ı çox sevir. İtalyan mətbəxini də bəyənir.

2010-cu ildə internetdə ən çox axtarılan məşhur olub.

Sms yazarkən smayliklərdən istifadə etmir.

Sevimli cizgi filmi “Oyuncaqların hekayəsi”dir (Toy story).

Castinin 150-dən çox papağı var.

Anası Castinin ifasında ən çox “Catching Feelings”i dinləməyi sevir.

30 saniyə ərzində Biber yarım litr süd içə bilir.

Qorxu filmlərini çox sevir. Bu janrda ən bəyəndiyi film “Qaranlıq uşaqları”dır.

2010-cu ildə Castin “American Music Awards”da “ilin müğənnisi” seçilib.

İnternetdə özü haqqında maraqlı faktları oxuyur, düz olub-olmadıqlarını yoxlayır.

Stress və yorğunluğunu qışqırmaqla çıxarır.

İngiliscə aksentlə danışan insanlara nifrət edir. Castinin iki ögey qardaşı və bir bacısı var.

Riyaziyyata nifrət edir və məktəbdə də bu fəndən həmişə pis qiymət alıb.

İdman üslübundan geyinməyə üstünlük verən Biberin sevimli ayaqqabı markası “Supra”dır.

Ən yaxın dostu Rayandır. Onlar 7 yaşlarından bəri dostluq edirlər.

Çak Norris filmlərinə baxmağı və onun zarafatlarına gülməyi sevir.

16 yaşı olanda Aşer ona “Range Rover” hədiyyə edib.

İlk avtoqrafını 2007-ci ildə verib. Nə yazdığını özü də xatırlamır. Fanatlarının 98 faizi qızlardır

Dodaqlarını çeynəmək adətini tərgidə bilmir.

Sevimli rəngi çəhrayıdır.

Sevimli rəqəmi 6-dır.

Həyatının ən ağır günü Maykl Ceksonun ölüm günüdür. Castin əsl Maykl fanatıdır.

Sem adlı iti özü qədər məşhurdur. Castin Semlə birlikdə yatır.

Castinin yaradıcılığından bəhs edən “Heç vaxt heç vaxt demə” adlı sənədli film 2011-ci ildə ekranlara çıxıb. Con Çunun ekranlaşdırdığı film 30,3 milyon dollar gəlir əldə edib.

Futbol və stolüstü oyunları çox sevir.

Hörümçək görəndə qışqırır.

2010-cu ilin oktyabrında Castinin Twitter izləyicilərinin sayı 5 milyona çatıb.

İnternetdə eynən Castinə bənzəyən 25 lesbiyan tapmaq olar.

Ac olanda ən çox pomidor və mayonezli buterburodları yeyir.

2011-ci ildə “Vanity Fair Oscar Party” mərasiminə amerikalı aktrisa Selena Qomeslə gələn Biber sevgili olduqlarını açıqlayıb. Özündən 2 yaş böyük Qomeslə sevgi macərası 2013-cü ilin yanvarında bitib

Kim Kardaşyanla sevgi yaşaması haqqında dedi-qodular Castinin populyarlığını birə-beş artırıb.

Səhnəarxasında Castin tez-tez komandası ilə basketbol oynamağı sevir.

Şokolad xəstəsi olan Biber Kanada istehsalı olan “Big foots” şokoladlarını hər yerə özü ilə aparır.

2011-ci ilin iyununda Biber “Forbes”in 30 yaşına qədər ən çox pul qazanan məşhurlar siyahısında ikinci yeri tutub.

Castin Biber bir ildə 53 milyon dollar qazanan 2 gənc məşhurdan biridir.

Skripkada ifa etməyi öyrənmək istəyir.

2011-ci ildə Qremmi mükafatını qazana bilməyəndə Biber hönkür-hönkür ağlayıb.

Özünü Robert Pattinsondan daha yaraşıqlı hesab edir.

Balıqlar bürcü olan Castin bürclərə və qoroskopa inanmır.

Dırnağını və saçlarını boyamayan, eynək taxan, makiyajdan az istifadə edən təbii qızları bəyənir

Castin Yaponiyada konsert verəndə yaponlar onu Castin Bibax adlandırıb.

Castinin çiynindəki qayağı tatuirovkası “xoşbəxtlik” mənasını verir.

Biber hər gecə dua etdiyini deyir. Kilsəyə də getməyi unutmur.

2012-ci ildə işıq üzü görən sonuncu albomu “Believe” satışa çıxdığı ilk həftədə 370 min nüsxədən çox satılıb.

2012-ci ilin iyulunda Castin orta məktəbi bitirib.

Teylor Sviftin “I knew you were trouble” mahnısını dinləməyi çox sevir.

Balaca bacı və qardaşları ilə gizlənqaç oynamağı sevir.

2013-cü ilin sonunda “Castin Biber. Believe” filmi ekranlara çıxıb. Bu film də Biberin yaradıcılığından bəhs edir.

Oğuluna Ceyson adını qoymaq istəyir.

Bir vaxtlar vegeterian olmaq istəyib. Ancaq tezliklə burgersiz yaşaya bilməyəcəyini anlayıb.

Sevimli heyvanı zürafədir.

Castinin Tvitter izləyicilərinin ümumi sayı Kanada əhalisindən çoxdur.

Parisdə qalarkən qız fanatlarının yaratdığı səs-küyə görə oteldən qovulub.

Polislə tez-tez problem yaşayır. 2013-cü ilin dekabrında limuzin sürücüsünü döydüyünə görə saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb və Biber martın 16-da məhkəmə qarşısında cavab verəcək.

2014-cü il fevralın 1-də Biberin təyyarəsi Nyu Cersi hava limanında saxlanılıb. Buna səbəb təyyarənin salonundan marixuana iyisinin gəlməsi olub.

Castinin anası da spirtli içki və narkotik aludəçisidir. Sonuncu dəfə Mayami polisi tərəfindən saxlanılıb. İdman avtomobili ilə yürüşə çıxan Biber içkili vəziyyətdə olub.

Yanvarın 23-də Ağ Evin saytında Biberin Birləşmiş Ştatlar ərazisindən çıxarılması və ölkəsinə göndərilməsi ilə bağlı petisiya yerləşdirilib.

Konsert üçün getdiyi bütün şəhərlərdə mütləq alış-veriş mərkəzinə baş çəkir və şopinq edir.

Dünyada ən gözəl şeyin gülüş olduğunu düşünür.

İlk dəfə Ağ Evdə keçirilən Yeni İl şənliyinə gələrkən smokinq geyinib.

Balaca bacısı Casmin onu “Boo boo” deyə çağırır və Castin bundan zövq alır

Castin üçün istirahət divanda uzanmaq və isti şokolad içə-içə televizora baxmaqdır.

2009-cu ilin dekabrında Mişel və Barak Obamanın dəvətilə Ağ Evə gələn Biber Stiv Uanderin “Someday At Christmas” mahnısını ifa edib.

Castin hər il xeyriyyə işlərinə xeyli pul xərcləyir. Tez-tez uşaq xəstəxanalarına və uşaq evlərinə baş çəkməyi sevir.

Burnu və gözlərinin atasına, dodaqlarının anasına oxşadığını deyir.

Bir dəfə anasının Facebook hesabını qırıb və “Castin, səni sevirəm, sən ən yaxşı oğulsan. Sən mələksən” sözlərini yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm