Bu yerlərdən uzaq olun: İnsan əti yeyilən 7 ölkə - FOTOLAR
Bizi izləyin

Digər

Bu yerlərdən uzaq olun: İnsan əti yeyilən 7 ölkə - FOTOLAR

21-ci əsr elm və texnika əsridir. Düşünmək olar ki, artıq insanlar öz inkişaflarının pik nöqtəsinə çatıblar. Ancaq bizim planet təzadlardan ibarətdir.

Dünyanın bir tərəfində insanlar Mars planetinə raket göndərir, digər tərəfində isə 3 min əvvəl olduğu kimi yenə kannibalizm çiçəklənir.

Maraqlıdırsa, turizmə aid jurnalları vərəqləyə bilərsiniz. Bizdən sizə məsləhət - bu ölkələrə getməyin.

Bu gün Publika.az kannibalizmin mövcud olduğu ölkələrdən söhbət açacaq.

Konqo

Bu ölkədə 1999-2003-cü illər arasında vətəndaş müharibəsi getdi. Kannibalizm də məhz bu illərdə çiçəkləndi. Sonuncu dəfə adam yemə faktı Konqoda o qədər də uzaq olmayan tarixdə - 2012-ci ildə qeydə alınıb.

Yerlilərin adam yeməsinin səbəbi var. Onlar bunu düşmənlərini qorxutmaq üçün edirlər. Hesab edirlər ki, düşmənlərinin ürəklərini çıxarıb yedikləri zaman güc və enerji əldə edirlər.

Qərbi Afrika

Afrikanın qərb hissəsindəki adamyeyən tayfaları “Bəbir” adlandırırlar. Belə qruplaşmalar çoxdur. Tayfa üzvləri insan ovuna çıxarkən bəbir dərisinə bürünürlər. Bu səbəbdən də onların hamısını “Bəbir” adlandırırlar.

Elə mərasim zamanı üzlərini heyvanlara oxşatmaq üçün qrim edirlər. Qorxunc görkəm alırlar. Onlar da hesab edirlər ki, insan əti enerji mənbəyidir.

Braziliya

Braziliyada kanniballar kimi Uari qəbiləsi tanınıb. Düzdür, onlar əsasən meyitləri yeyirlər. Ancaq arada canlı insan ovuna da çıxırlar.

Onlar qeybdən səslər eşitdiklərini, tanrıların insan ovlamağı əmr etdiklərini deyirlər. Bununla yanaşı, Braziliyada ehtiyac və səfalət üzündən də kannibalizm halları qeyd edilib.

Papua-Yeni Qvineya

Bu ərazilərdə yaşayan qəbilələr indiyədək mütəmadi olaraq insan əti ilə qidalanırlar. 1961-ci ildə Nyu-York qubernatoru Nelson Rokfellerin oğlu Maykl Rokfeller Yeni Qvineyaya ekspedisiya təşkil edərək yerlilərin həyat tərzini öyrənmək istəmişdi. Ancaq qəbilə üzvləri təbii ki, “ağ insan”ın alim olduğunu bilmirdilər. Onlar Mayklı ovladılar. Qubernator oğlu vəhşilərin süfrəsində delikates kimi yeyildi.

Qəbilə üzvlərindən kimsə öləndə digərləri hesab edir ki, bu, qara magiyadır. Sehrdən qorunmaq üçün onlar insan əti ilə qidalanırlar.

Kamboca

Bu ölkədə 1960-1970-ci illərdə vətəndaş müharibəsi gedib. Araşdırmaçı-jurnalist Nil Devidson uzun müddət Kambocada olaraq hadisələri müşahidə edib. O yazır ki, vətəndaş müharibəsi zamanı kannibalizm geniş yayılır. İnsanlar öz düşmənlərini öldürərkən ayin kimi onların qara ciyərini yeyirmiş.

Hindistan

Hindistanda kanniballar kimi Aqxori sektası tanınır. Bu qəbilədə olan insanlar ölərkən öz bədənlərini digərlərinə vəsiyyət edirlər. Ölənin meyiti sekta üzvləri tərəfindən yeyilir.

Kəllə sümüklərindən isə aqxorilər bəzək əşyası hazırlayırlar. Onlar hesab edir ki, insan əti cavanlıq mənbəyidir.

Fici adaları

Bu yerləri “adamyeyənlər adaları” da adlandırırlar. Yerli qəbilələr arasında daim silahlı toqquşmalar olur. Qəbilə üzvləri düşmənlərini öldürdükdən sonra yeyirlər.

Bu, dəyişməz ayin olaraq qalır. Hesab edilir ki, düşməni yeyərkən onların enerjisi və gücünə sahiblənirlər.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm