Sumqayıtda Education USA “Alumni Fair” - ABŞ-da Təhsil “Məzunlar Yarmarkası” keçirilib
Bizi izləyin

Digər

Sumqayıtda Education USA “Alumni Fair” - ABŞ-da Təhsil “Məzunlar Yarmarkası” keçirilib

2014-cü ilin martın 1-də ABŞ -ın Azərbaycandakı Səfirliyi, Sumgayit Təhsil Məlumat Mərkəzinin dəstəyilə EducationUSA-in "Alumni Fair" - ABŞ-da Təhsil "Məzunlar Yarmarkası" adlı təhsil sərgisi keçirilib.

Publika.az-ın ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, tədbirin əsas məqsədi bütün maraq göstərən şəxsləri bir yerdə toplayıb ABŞ universitetlərində təhsil almaq imkanları haqqında lazımi məlumatlarla onları təmin etməkdir. Burada tələbələr, şagirdlər, eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunu olan azərbaycanlı və əcnəbi məzunlarla görüşüb, proqramlar, təqaüd imkanları, universitetlerə qəbul prosesi kimi suallarla onlara müraciət ediblər. Tədbirin rəsmi hissəsinə saat 11: 00-da start verilib.

Sərgidə 15-dən çox universitet və digər ödənişsiz təhsil proqramları təmsil olunub.

Məzunlar ABŞ universitetlərinin təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verib, həmçinin, sərgi iştirakçılarını materiallarla və bukletlərlə təmin ediblər. Sərgidə ABŞ Səfirliyinin nümayəndələri də iştirak edərək öz universitetlərini təqdim ediblər.

Əlavə məlumat üçün Sumqayit Təhsil Məlumat Mərkəzinin rəhbəri Günel Əsgərovaya müraciət edə bilərsiniz.

Sumgayit Təhsil Məlumat Mərkəzi

Ünvan: 19 Məhəllə, Heydər Əliyev Prospekti, yeni tikilmiş bina, 1-ci mərtəbə

Tel: (994 18) 64 4 48 44/070 590 09 96

E-mail: [email protected]

Oxumağa davam et
Reklam
Reklam

Gündəm