Dollar rus rublunu, qrivnanı, larini və lirəni yeyir
Bizi izləyin

Digər

Dollar rus rublunu, qrivnanı, larini və lirəni yeyir

Dünya birjalarında dolların avro və digər valyutalara qarşı məzənnəsi yenidən möhkəmlənib.

Publika.az xəbər verir ki, Moskva birjasında dollar 84 qəpik bahalaşaraq 54,16 rubla, avro 78 qəpik qalxaraq 58 rubl olub. Bununla da dollar və avro aprelin 8-dən bu tərəfə ilk dəfə revanş götürüb.

Türk lirəsinin də vəziyyəti yaxşı deyil. 1 dollar 2,71 türk lirəsi təşkil edir. Avronun dollara qarşı ucuzlaşması bu ölkədə də avronun lirəyə qarşı zəifləməsinə səbəb olub.

Onu da bildirək ki, sabah Türkiyə Mərkəz Bankının Pul Siyasəti Şöbəsi sabah növbəti dəfə toplanacaq. Müzakirələr yeni ilindən etibarən sərt tənqid olunan və Amerikan Mərkəz Bankının faiz artımı siqnalları ilə dəyər itirən türk lirəsinin gələcək taleyi üçün əhəmiyyətlidir.

Xatırladaq ki, qurumun martda keçirilən iclasında Mərkəz Bank yuxarı faiz həddini 10.75 faiz, aşağı həddi isə 7.25 faiz, siyasət faizini 7.5 faizdə sabit tutmuşdu. Bazar mütəxəssisləri, qurumun aprel yığıncağında da faizlərlə bağlı hər hansı dəyişiklik gözləmirlər.

“Reuters”ə açıqlama verən analitiklər TL-dəki dəyər itkisinin davam edəcəyi vəziyyətində qiymət sabitliyi ilə bağlı risklərin artacağını bildiriblər. Konkret inflyasiyanın 5.5 faiz olacağı irəli sürülür. TL-dəki dəyər itkisinin təxminən 1.5 ballıq əlavə inflyasiya yaradacağı deyilir. Qeyd olunur ki, MB-nın üç təsirli silahı var. Bunlardan birincisi faizləri artırmaqdır ki, seçki əvvəli bu ehtimal aşağı görünür. İkinci variant valyuta ehtiyatını istifadə edərək müdaxilədir. Lakin Türkiyənin valyuta ehtiyatlarının 35 milyard dollara düşdüyünü nəzərə alsaq, buna gedilməsi inandırıcı deyil. Üçüncü variant Mərkəz Bankın 7.5 faizdən reallaşdırdığı həftəlik maliyyələşdirməni azaldaraq bazar faizlərinin yüksəlməsini gözləməsidir.

Ukrayna valyutasının da vəziyyəti yaxşı deyil. Bir dollar 22 qrivna, bir avro isə 23 qrivna təşkil edir. Gürcü larisinə gəlincə, 1 avro 2,4205 GEL, 1 dollar 2,2533 GEL-dir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm