“Türk axını” “Cənub Qaz Dəhlizi” layihəsinə rəqib deyil
Bizi izləyin

Digər

“Türk axını” “Cənub Qaz Dəhlizi” layihəsinə rəqib deyil

“Türk axını” layihəsi Azərbaycan qazını Avropaya çatdıracaq “Cənub Qaz Dəhlizi” layihəsinə rəqib deyil.

Publika.az-ın xəbərinə görə, bunu SOCAR-ın investisiya departamentinin rəhbəri Vaqif Əliyev bildirib. O qeyd edib ki, “Cənub Qaz Dəhlizi” ilə qazın Avropaya çatdırılması 2019-2020-ci ilə planlaşdırılır.

Xatırladaq ki, keçən ilin dekabrında “Cənub axını” layihəsindən imtina etdiyini açıqladı. Bunun əvəzində Türkiyədən keçməklə Yunanıstan sərhədində Cənubi Avropa istehlakçıları üçün qaz habı (ötürücü məntəqə) yaratmağ qərara aldı.

Hazırda isə “Qazprom” sədri Yunanıstandadır. O bildirib ki, Yunanıstan ərazisində Avropa-Rusiya konsorsiumu “Türk axını” layihəsini reallaşdıra bilər. Layihənin reallaşmasına 2 milyard avro xərclənməsi nəzərdə tutulur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm