ALBALI PLUS “İLİN KARTI” seçildi
Bizi izləyin

Digər

ALBALI PLUS “İLİN KARTI” seçildi

4 bank məhsulunu birləşdirən unikal beynəlxalq kart, 300.000-dən artıq istifadəçi, 1000-dən artıq partnyor mağaza, saysız-hesabsız endirim, hədiyyə kampaniyaları. Bu məlumatlar Unibank-ın ALBALI PLUS kartını xarakterizə edir. Bu fərqliliyi, çoximkanlılığı səbəbindən ALBALI PLUS kartı 2014-cü ilin nəticələrinə görə çoxsaylı istifadəçiləri tərəfindən “İlin taksit kartı” seçilib. Banco.az saytının 2014-cü ilin nəticələrinə görə keçirdiyi sorğuda ALBALI PLUS kartı respondentlər tərəfindən daha çox səs toplayaraq, taksit kartları içərisində ən yaxşısı seçilib.

Unibank müştərilərinin ehtiyac və arzularını bir məhsulda - ALBALI PLUS kartında birləşdirib. Artıq Unibank müştərisi cəmi 1 karta sahib olmaqla, kredit, taksit, depozit və debet bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS beynəlxaq kart olduğu üçün ölkədə və dünyanın istənilən yerində istifadə etmək mümkündür.

Albalı Plus kartını iş yerindən arayış və şəxsiyyət vəsiqəsini Unibank filialına təqdim etməklə, 18-70 yaş arası bütün Azərbaycan vətəndaşları ala bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

ALBALI PLUS - arzuları reallaşdıran kart.

Unibank – hər kəsin bankı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm