• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

18 dövlət çevrilişindən qalib çıxan ən varlı və ən yaşlı dövlət başçısı - MİLYONÇU

  • Digər
  • 25 Aprel 2015 12:11
  • 2 435 Baxış
18 dövlət çevrilişindən qalib çıxan ən varlı və ən yaşlı dövlət başçısı - MİLYONÇU

O, 1946-cı ildən Taylandın kralıdır. Dünyanın ən yaşlı dövlət başçılarından hesab edilir. Şəxsin sərvətinin həcmi 44 milyard dollardır. Korrektə olunmamış adı Phrabat Somdet Phra Paramindara Maha Bhumibol Adulyadet Mahitaladhibet Ramadhibodi Chakrinarubodind Sayamindaradhirat Boromanatbophitdir. Anadan olduğu gün ölkəsində rəsmi bayram günü kimi qeyd edilən bu təvazökar kralın adı Pxumipon Adulyadetdir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində ən varlı monarxın həyat hekayəsini təqdim edir.

Atası Amerika xəstəxanalarından birində sanitar, anası laborant işləyirdi.

Pxumipon Adulyadet 1927-ci ilin dekabr ayının 5-də Amerikanın Kembridc şəhərində anadan olub. Adulyadet dünyada yeganə dövlət idarəçisidir ki, doğumdan Amerika vətəndaşıdır. Onun atası – Moxidol Taylandı 230 ildir idarə edən Çakri nəslinin nümayəndəsi, anası Mam Sanqval isə sadə vətəndaş olub. Əslində Moxidol sıradan biri ilə evlənməklə ölkəsinin qanunlarını (belə ki, o ancaq əmisi qızlarından biri ilə evlənməli idi) ciddi şəkildə pozmuşdu. Buna görə də krallığa olan haqqını itirmişdi. Mamdan olan övladları da monarxiyanın varisləri sayılmırdılar. Kralın romantik valideynlərinin ABŞ-da nə işlə məşğul olduqlarına gəlincə, Harvardda tibb təhsili alan atası Amerika xəstəxanalarından birində sanitar, anası laborant işləyirmiş.

Ögey qardaşını öldürür

Qeyd etdiyimiz kimi, Pxumipon Adulyadet varis olmadığından 1936-cı ildə ögey qardaşı Ananda kral təyin edilir. Həmin vaxt artıq onlar İsveçrədə yaşayırdılar. İkinci Dünya müharibəsi başladığından ailə Taylanda ancaq müharibədən sonra gəlir. Ananda da taxta çıxır amma cəmi bir il kral olur. 1946-cı ildə naməlum şəraitdə öldürülür. Bundan sonra taxta Pxumipon Adulyadet çıxır. Bəzi versiyalara görə, ögey qardaşının ölümündə Pxumipon Adulyadetin əli olur. Lakin bu söz-söhbətlər təsdiqini tapmır. Pxumipon Adulyadet İsveçrədə təhsilini bitirdikdən sonra ölkəyə gəlir.1950-ci ildə onun tacqoyma mərasimi keçirilir.

Ailəsi

Nəzərə çatdıraq ki, atasından fərqli olaraq, Pxumipon Adulyadet əsil-nəcabətli qızla evlənir. Onun həyat yoldaşı Taylandın Fransadakı səfirinin qızı – Sirikit Kitiyakar olur. Bu evlilikdən monarxın Maxa Vaçiralonqkorn adlı oğlu var. 1952-ci ildə dünyaya gələn şahzadə ilk təhsilini Bankonqda alıb. Təhsilini davam etdirmək üçün əvvəlcə Böyük Britaniyaya, oradan isə Avstriyaya göndərilib. Maxa Vaçiralonqkornun ilk evliliyi anasının qohumu Mom Luanq Soamsavali Kitiyakara ilə olub. Amma izdivac uzun çəkməyib. Şahzadə boşandıqdan sonra ölkənin məşhur aktrisalarından olan Yuvadxidoy Polprasetlə vətəndaş nikahında yaşamağa başlayıb. Münasibətlərdən sevgililərin 5 övladı dünyaya gəlib. Nəhayət, 1994-cü ildə onlar evlənsələr də, cəmi iki il sonra şahzadə arvadını xəyanətdə günahlandırıb. Yuvadxidoy övladlarını da götürüb İngiltərəyə qaçıb. Əslində bununla da onları varis titulundan məhrum edib. Uzun sürən məhkəmə çəkişmələrindən sonra Maxa yalnız qızı – Sirivannavari Nariratananı himayəsinə götürüb. 4 oğlu anaları ilə birlikdə Amerikaya miqrasiya edib. 2001-ci ildə Tayland krallığının varisi üçüncü dəfə evlənib. Yeri gəlmişkən, Maxanın 8 övladı olsa da, onlardan üçü krallığın varisidir.

Onu da bildirək ki, Tayland əhalisi Maxanın kral olmasını istəmir. Onu mafioz kimi qəbul edirlər. Taylandlılar Pxumiponun kiçik qızı Çulabxorn Valaylakın taxta çıxmasını istəyirlər.

Kralın sərvəti, hobbisi

Karlın 35 milyard dollar sərvəti var. Bu, nəsldən-nəslə keçmiş sərvətdir. Sərvəti Krallığın Əmlak Bürosu idarə edir. Bu qurum ancaq kral qarşısında hesabatlıdır. Pxumipon Adulyadetin əsas hobbisi şəklinin ölkənin hər yerinə vurulmasıdır. Hər Tayland sakininin evində kralın 16 şəklinin olduğu deyilir. Maraqlıdır ki, dunyanın ən yaşlı dövlət başçısı həmin şəkillərdə indikindən 50 il cavandı. Pxumipon Adulyadet həm də rəssamdır. Onun əl işləri dəfələrlə Avropanın sərgilərində nümayiş etdirilib. Kralın digər maraq dairəsi cazdır.

O, saksafonda çox gözəl ifa edir. Bundan əlavə, Pxumipon həm də bəstəkardır. Bahalı daş-qaşların kolleksioneridir. Onun haqqında daha bir maraqlı fakt süni yağış icad etməsidir. Kralın sevimli idman növünə gəlincə, bu, yaxtaların yarışıdır. Pxumipon Adulyadetin digər ölkələrin krallarından təkcə Amerika vətəndaşı kimi doğulması ilə deyil, bir neçə beynəlxlaq patent hüququ olması ilə də fərqlənir. Kralın ən pis xüsusiyyəti kimi isə ailəsinə qarşı hər hansı hörmətsizlik edənlərin sərt cəzalandırılması haqqında imzaladığı sənəd qəbul edilir. Sənədə görə, bunu edən adam 10 il müddətinə azadlıqdan məhrum olunur.

18 dövlət çevrilişi və hər dəfə qalib

Tayland monarxı şəxsi pulunu bölgələrdə layihələrin reallaşdırılmasına yönəldir. Tez-tez ölkənin kəndlərinə səfərlər edir. Xalqın ona hörmət etmə səbəblərindən biri də budur. Pxumipon Adulyadet həm də Taylandın iqtisadi inkişafında mühüm rolu olan monarxlardan sayılır.

Nəzərə çatdıraq ki, Taylandda 1932-ci ildən konstitusiyalı monarxiya elan edilib. 2006-cı ilə qədər ölkədə 18 dövlət çevrilişi baş verib. Bütün bunların hamısından Pxumipon Adulyadet qalib çıxıb. Hazırda isə kralın 90-na yaxın yaşı var.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR