Yeni tikililərdə mənzillərin son qiymətləri - AÇIQLAMA
Bizi izləyin

Digər

Yeni tikililərdə mənzillərin son qiymətləri - AÇIQLAMA

İlkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod moyak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1374 dollardan (kvadratmetri) -16.38% azalaraq 1149 dollara (kvadratmetr) düşüb. Milli valyuta ilə isə ay ərzində 1078 manatdan (кv.m) 11.94% artaraq 1206 manata (кv.m ) yüksəlib.

"MBA Consulting Group" şirkətinin rəhbəri Nüsrət İbrahimov Publika.az-a açıqlamasında bildirib ki, iki məzənnədə qeyd edilən məbləğlər arasındakı tərs mütənasibliyə fevral ayında ölkədə baş verən devolvasiya səbəb olub: “Milli valyuta olan AZN, dollar və avro qarşısında kəskin ucuzlaşıb. Bazar portfelində ümumi təkliflərin sayı isə 512 ədəd təşkil edib. Bu da öz növbəsində ötən ay ilə müqayisədə -34%, ötən ilin müvafiq ayı ilə müqayisədə isə -51% az olub. İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsini 1000 dollar/kv.m-ə qədər olan ucuz mənzillər ilə, qiyməti 1000-1600 dollar /kv.m qiymət aralığında olan orta mənzillər təşkil edib.

Hər iki qiymət diapazonunda olan mənzillər ayrı-ayrılıqda ümumi bazar payının 43.0%-nə malikdir. Qeydə alınan orta bazar qiyməti müvafiq olaraq 795 dollar/kv.m və 1220 dollar/kv.m-dir. Ümumi təklif portfelinin qalan 14%-ni isə qiyməti 1600 dollar/kv.m-dən yuxarı olan bahalı mənzillərdir, burada qeydə alınan orta qiymət də 2080 dollar/kv.m-dir”.

N.İbrahimov deyir ki, ümumilikdə ilkin yaşayış mənzil bazarında təklif olunan “pod moyak” 1,2,3 və çoxotaqlı mənzillərin hər birinin USD ilə qiymətləri məlum olan səbəblərdən ciddi şəkildə azalıb: “Son ayda bаzаrdа təklif olunan “pod moyak” mənzillərin ümumi orta sahəsi, demək olar ki, dəyişməz qalıb. Otaqlar üzrə isə birotaqlı mənzilin ümumi sahəsi ortalama 60.4, ikiotaqlı 91.24, üçotaqlı 129.61, dörd və beşotaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 175.43 və 283.0 kv.m qeydə alınıb. Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “pod moyak” mənzillərin sayında artım əsasən Yasamal və Nərimanov rayonlarında qeydə alınıb. Buna da əsas səbəb kimi tikilməkdə olan binaların yekunlaşmasını göstərmək olar. Satışa təklif olunan yeni tikilən mənzillərin sayında azalma daha çox Sabunçu və Səbail rayonlarında qeydə alınıb. Müşahidə olunan azalmalara səbəb isə bu rayonlarda satışa çıxarılan mənzillərin digər rayonlara nisbətən daha tez satılması ilə izah etmək olar.

Ümumilikdə, ay ərzində iri çoxmənzilli yaşayış binalarında təklifin həcmi həmişəki kimi şəhərin II və III zonalarında mütləq çoxluq təşkil edib. Yaranmış vəziyyət isə son nəticədə əhalinin sıxlığının bu zonada artmasına zəmin yaradıb. İlkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 2 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Nəsimi rayonunda, “28 May” m/st yaxınlığında yerləşən 84 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4500 USD təşkil edib. Ən ucuz mənzil isə Əhmədli qəsəbəsində yerləşən 115 kv.m-lik sahəyə malik yeni tikili, 2 otaqlı mənzildə qeydə alınıb - 520 dollar/kv.m”.

Ekspert deyir ki, yeni tikili mənzil bazarında ay ərzində Bakı şəhəri rayonları üzrə AZN ilə оrtа qiymət artımı ən çox Sabunçu rayonunda müşahidə edilib - 65%. USD ilə isə qiymət azalması ən çox Suraxanı və Abşeron rayonlarında qeydə alınıb, müvafiq olaraq -22% və -21%.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm