Digər
Unibank yenə “İlin bankı” oldu
Unibank iqtisadiyyatın real sektorunun inkişafına verdiyi maliyyə dəstəyinə görə “Uğur” Milli Mükafatına layiq görülüb. Unibank bu nominasiya üzrə il ərzində ölkə iqtisadiyyatına, milli sahibkarlığın inkişafına töhfəsinə görə qalib seçilib. “Uğur” Milli Mükafatı Consulting & Bizness jurnalı tərəfindən 2000-ci ildə təsis edilib. Hər il bu mükafat milli iqtisadiyyatın möhkəmlənməsində və inkişafında xidmətləri olan şirkətlərə, ayrı-ayrı şəxslərə verilir.
“Uğur” Milli Mükafatının təqdimat tədbirində bildirilib ki, Unibank 2014-cü ildə biznesə dəstək istiqamətində ciddi irəliləyişlərə nail olub. Biznes kreditləri portfelini 37% artıran Unibank, ötən il ilk ixtisaslaşmış “Qara Qarayev- biznes filialı”nı açıb. “Dərnəgül” və “İçərişəhər” filiallarını da sırf biznes müştərilərinə xidmət üzrə ixtisaslaşdırmaqla, bank özəl sektora dəstəyini daha da gücləndirib, xidmətin keyfiyyətini yüksəldib. Bu müştəri seqmentinə xidmət üçün yeni “Biznesinizə daimi dəstək” sloqanı da seçilib. Unibank, biznes sahiblərinə xidmət göstərən ən böyük biznes filialını “Unibank- Biznes Mərkəzi”ni açıb.
Bölgələrdə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Ötən il bölgələrə ayrılan biznes kreditlərinin sayı 2 dəfə, verilən kreditlərin həcmi isə 3 dəfəyədək artıb.
Unibank hər zaman Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdə, ölkə binesinə dəstəyini artırmaqda, real sektorun müştərilərinin yüksək keyfiyyətli bank xidmətlərinə və məhsullarına olan tələbatını ödəməkdə davam edəcək.
Unibank-biznesinizə daimi dəstək
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...