“Fairmont Baku” otelində “Italian Bistro” restoranının rəsmi açılışı olub
Bizi izləyin

Digər

“Fairmont Baku” otelində “Italian Bistro” restoranının rəsmi açılışı olub

Aprelin 23-də “Fairmont Baku Hotel”də “Italian Bistro and Terrace” restoranın uzun müddətdir gözlənilən rəsmi açılışı baş tutub.

Gecə klassik kvartetin italyan musiqisinin müşayiəti altında salamlama içkiləri və italyan kokteyli ilə başlayıb.Xəmir xörəkləri, pizza və Antipastodan seçmələr, parmezan pendiri, pendir dilimləri, müxtəlif çeşidli ədviyyat və tər göyərti ilə salamilər və bekonlar italyan mətbəxinin əsas tərkib hissəsi kimi təqdim olundu. İtalyan restoranının aşpazı göbələkli “Porcini Risotto”, mavi pendir “Gnocchi” ilə mal ətindən “Togliatti” daxil olmaqla italyan yeməklərini hazırlayaraq açılışa qoşulanlara təqdim edib və gecənin daha yaddaqalan olması üçün qonaqlarla şövqlə ünsiyyət qurub.

İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillon Bakının ən məşhur mehmanaxanalarının birində italyan guşəsinin yaradılması üçün minnətdarlığını ifadə etdi. Mehmanxanının baş meneceri Cənab Paskal Lepru isə terrasda zeytun ağaclarının əkilməsi barədə məlumat verdi və qarşıdan gələn fəaliyyət planlarını bölüşdü. Gecənin kulminasiya nöqtəsi sosial şəbəkələrdə trendə imza atan Nəğməkar Aşpazların çıxışı olub. İlkin mərhələdə qonaqların qarşısında çıxış edən və özünü restoranın usta aşpazı kimi təqdim edən şəxsin sonradan Azərbaycanın aparıcı opera müğənnisi olması məlum olub. Havanın sərin olmasına baxmayaraq, qonaqlar Alov Şousunu izləmək üçün terrasa çıxıb.

Ətraflı məlumat və sifariş üçün, zəhmət olmasa, elektron poçtuna yazın:aze.food&[email protected] və ya zəng edin: + 99 412 565 48 48

“Fairmont Baku” haqqında: Azərbaycanın paytaxtı Bakının ən hündür nöqtələrinin birində, zamanımızın ən qeyri-adi və orijinal tikililərindən biri ucalıb. “Flame Towers” kimi tanınan alov formasında olan tikilinin üç qülləsi, “odlar ölkəsinin” tarixi simvolunu təcəssüm etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm