Rusiyada benzin bahalaşdı
Bizi izləyin

Digər

Rusiyada benzin bahalaşdı

Rusiyada benzin mart ayı ərzində 8.2%, ilin əvvəlindən isə 8.4% artıb. Fevralda qiymət artımı 0.1%, yanvarda isə 0.3% təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə dövlət ststistika komitəsinin məlumatlarında qeyd edilir. Bildirilir ki, söhbət avtomobil bazarında satılan benzindən gedir. Martda benzin Rusiyanın 15 regionunda, o cümlədən Saxalin vilayəti və Tatarıstanda bahalaşıb. Tümen və Yakutiya istehsalçıları benzinin qiymətini qaldırmayıblar. Benzinin ucuzlaşdığı yeganə vilayət isə İrkutsk olub (-1.9%).

“Rosstat”ın məlumatına görə, ölkədə benzinin müxtəlif markalarının istehlak qiyməti daha çox artıb, nəinki istehsalçıların. Fərq 2-2.3 dəfə təşkil edib.

Bundan əlavə, neftçilər də qiymətləri üç dəfə artırıblar. 2014-cü ilin eyni dövrü ilə müqayisədə dizel yanacağının qiyməti 2.7 dəfə artıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm