Kirayə mənzillərin qiyməti düşüb - AÇIQLAMA
Bizi izləyin

Digər

Kirayə mənzillərin qiyməti düşüb - AÇIQLAMA

“Mart ayında kirayə mənzil bazarında aktivlik səviyyəsinin nisbətən aşağı düşməsi, ümumilikdə kirayə mənzillərin qiymətlərinin enməsi ilə nəticələnib”.

Bunu Publika.az-a daşınmaz əmlak bazarı üzrə mütəxəssis Nüsrət İbrahimov bildirib. O deyib ki, manatla ifadədə qiymət 665 manatdan 639 manata düşüb. Baş verən devalvasiya səbəbindən isə dollarla ifadədə qiymət 28% azalaraq, 848 dollardan 609 dollara enib.

Məlum olur ki, bazarda əməliyyatlar da 5% azalıb: “Hər kv.m-ə görə isə kirayə haqqı manatla 5.0% artaraq, 8.8 AZN/kv.m-dən 9.3 AZN/kv.m, dollarla isə -21.53% azalaraq, 11.24 $/kv.m-dən 8.82 $/kv.m-ə düşüb. Kirayə mənzil bazarında mart ayında bazara təklif edilən mənzillərin orta otaq və orta sahə göstəriciləri azaldığı halda qiymətlərin manatla ifadədə nisbətən qalxması fevral ayında baş verən məzənnə dəyişməsi ilə izah edilir. Araşdırmaların aparıldığı son ayda tələb portfelində bahalı evlərin (aylıq kirayə haqqı 1000 AZN-dən yuxarı olan) payı -7.6%, ucuz evlərin (aylıq kirayə haqqı 500 AZN-ə qədər) payı isə ötən fevral ayına nisbətdə -11.8% azalıb. Orta qiymətə olan (500 AZN-1000 AZN aralığında) kirayə evlərin sayında isə 7.6 % artım qeydə alınıb. Ay ərzində xüsusən də təklif portfelində daha çox orta qiymətə olan evlərin payının artması həmin seqmentə tələbin artması ilə bağlı olub.

Kirayə bazarında bu müddət ərzində müraciət edənlər əsasən tikilməkdə olan yeni tikililərin təhvilini gözləyən vətəndaşlar və iş ardınca paytaxta gələn miqrantlar olub. Tələb portfelinin bir qismini isə qısa müddətli 1-2 ay müddətinə kirayə müqavilələri bağlayanlar təşkil edib. Ümumilikdə son ayda kirayə mənzil bazarında təklifin həcmi -6% azalaraq 261 mənzil olub. Aktivliyin azalması nəticəsində təklif portfelinin də azalmasını normal qəbul etmək olar. Son noyabr ayı ərzində təklif portfelinin strukturunda uyğun dəyişiklik otaq sayında da müşahidə edilib”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm