• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

UNİBANK əməkdaşı dünya rekordunu qırdı

  • Digər
  • 29 Aprel 2015 15:54
  • 501 Baxış
UNİBANK əməkdaşı dünya rekordunu qırdı

Həm işinin peşəkarı olmaq, həm də sevdiyin sahənin seçilənlərindən olmaq! İdmana dəstək sahəsində çoxillik müsbət ənənəyə malik olan Unibank-ın əməkdaşları öz fəaliyyətləri ilə cəmiyyətə idman mədəniyyətinin təlqinində də fəal iştirak edirlər. Bankın “Regional problemli kreditlər şöbəsi”nin əməkdaşı Balı Hacıyev 22-27 aprel tarixlərində Gürcüstan Respublikasında “Powerlifting” idman növü üzrə böyüklər arasında keçirilən Avropa Kuboku yarışında ölkəmizi layiqincə təmsil edib. Unibank əməkdaşı ştanqı yerdən birdəfəyə dartma hərəkətində 350 kq ağırlığın öhdəsindən gələrək, yeni dünya rekordunu müəyyən edib və qızıl medala layiq görülüb. Bu möhtəbər yarışda Balı ölkəmizi 100 kq çəki dərəcəsində təmsil edib.

Unibank əməkdaşı möhtəşəm qələbəyə imza ataraq, bir daha bayrağımızı beynəlxalq yarışda dalğalandırıb. Xatırladaq ki, Balı Hacıyev ötən ilin iyununda Bakıda keçirilən “Powerlifting” idman növü üzrə Avropa çempionu olub.

Daim və hərtərəfli inkişaf etmək - Unibank-ın hər bir əməkdaşının qarşısına qoyduğu əsas hədəflərdən biridir.

Unibank - hər kəsin bankı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR