Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatları yoxlanılıb
Bizi izləyin

Digər

Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatları yoxlanılıb

"PraysvoterhausKupers" beynəlxalq audit şirkəti İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2014-cü il üzrə maliyyə hesabatlarının auditini keçirib.

Publika.az xəbər verir ki, audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.

"PraysvoterhausKupers" beynəlxalq audit şirkəti tərəfindən verilmiş rəyə əsasən, Sahibkarlığa Kömək Milli Fondunun 2014-cü il üzrə maliyyə fəaliyyəti müsbət olub, maliyyə hesabatları Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun aparılıb.

Qeyd edək ki, artıq 7 ildir ki, beynəlxalq audit şirkətləri tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatlarının auditi aparılır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm